Cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdıran və əlavə dəyər vergisini talayan dəstə tutuldu

Cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdıran və əlavə dəyər vergisini talayan dəstə tutuldu
27.10.2025 11:54 Hadisə

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdıran və əlavə dəyər vergisini talayan mütəşəkkil dəstə ifşa edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində aparılan istintaqla ölkə ərazisində həssas əhali qrupuna aid, eləcə də məhdud hüquqi bilikləri olan şəxslərin müxtəlif vasitələrlə aldadılaraq onların adlarına sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmadan hüquqi və fiziki şəxslərin təsis etdirilməsi, həmin qurumlar vasitəsilə əmtəəsiz maliyyə əməliyyatlarının aparılması və digər qanunazidd hərəkətlərin törədilməsi faktları üzrə cinayət işi başlanıb.

Aparılmış istintaq tədbirləri ilə çoxsaylı şəxslərdən ibarət olan, daxilində “vəzifə bölgüsü” aparılmış və vahid mərkəzdən idarə olunan mütəşəkkil dəstə tərəfindən qeyd olunan kateqoriyadan olan 300-dən çox şəxsin aldadılaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmadan onların adına ən azı 777 hüquqi şəxs və ən azı 103 fiziki şəxs qeydiyyatdan keçirilməklə, vəzifə saxtakarlığı etməklə çoxhəcmli əmtəəsiz maliyyə əməliyyatları aparılıb yalançı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, dövlətin maliyyə nəzarəti mexanizmlərini zəiflətməklə, yalançı şirkətlər vasitəsilə qeyri-qanuni gəlirləri leqallaşdırmaqla, statistik göstəriciləri saxtalaşdırmaqla ölkə iqtisadiyyatına ümumilikdə 81,5 milyon manatdan çox zərər vurulmasına, eləcə də əldə etdikləri həmin pul vəsaitlərini onların əldə edilməsinin həqiqi mənbəyinin, kimə məxsus olmasının ört-basdır edilməsi və gizlədilməsi məqsədilə konversiya etməklə, köçürtməklə, maliyyə əməliyyatları aparmaqla və digər əqdlər həyata keçirtməklə leqallaşdırılmasına, habelə dövlət büdcəsinə məxsus 8 milyon manatdan çox əlavə dəyər vergisi məbləğlərinin dələduzluqla talanmasına əsaslı şübhələr müəyyən edilib.

Həmin cinayətləri törətmiş mütəşəkkil dəstənin rəhbər üzvləri də daxil olmaqla, ümumilikdə 30 şəxs Cinayət Məcəlləsinin 178.4 (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə), 193.3.1 (xüsusilə külli miqdarda ziyan vurmaqla yalançı sahibkarlıq) , 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma mütəşəkkil dəstə tərəfindən xeyli miqdarda törədildikdə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrlə ittiham elan edilib, həmin təqsirləndirilən şəxslərdən 10-nun barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, digərləri barəsində isə həbslə bağlı olmayan digər qətimkan tədbirləri seçilib.

Bundan başqa, istintaqdan qaçıb gizlənən təqsirləndirilən şəxslərdən bəzilərinin barəsində axtarışlar elan edilib.

Hazırda ibtidai istintaq davam etdirilir.

Vətəndaşlara bir daha bu kimi qanunsuz fəaliyyətlərdə iştirak etməmək, hər hansı maddi təklif və ya vəd qarşılığında adlarına hüquqi və ya fiziki şəxslərin təsis edilməsinə, etibarnamə verilməsinə razılıq verməmək tövsiyə olunur.

Öz adlarına qeydiyyatdan keçirilən şirkətlərin və ya fərdi sahibkarlıq subyektlərinin fəaliyyəti üzrə vergi öhdəliklərinin, borcların və hüquqi məsuliyyətin məhz onların üzərində qalacağı unudulmamalıdır.

Bu cür hallara yol verilməsi nəticəsində vətəndaşların ölkədən çıxışına məhdudiyyət qoyulması, vergi və məhkəmə məsuliyyətinə cəlb olunması, eləcə də cinayət işlərində iştirakçı və ya təqsirləndirilən şəxs qismində tanınması mümkündür.

Hər bir vətəndaşdan öz şəxsiyyət məlumatlarını, “ASAN imza” mobil nömrələrini və möhürlərini digər şəxslərə təqdim etməmələri və bu barədə şübhəli hallarla rastlaşdıqda hüquq-mühafizə orqanlarına məlumat vermələri xahiş olunur.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər