Belarus səfiri və təhsil naziri əməkdaşlıq perspektivlərini müzakirə etdi

Belarus səfiri və təhsil naziri əməkdaşlıq perspektivlərini müzakirə etdi
01.10.2025 11:05 Elm və Təhsil

Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç təhsil naziri Emin Əmrullayevlə Minsk və Bakı arasında ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə edib.

TodayPress TV xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında qeyd edilib.

"Belarus səfiri Dmitri Pineviç Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevlə görüşdə iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın vəziyyətini və perspektivlərini, qarşılıqlı faydalı təşəbbüslərin həyata keçirilməsi çərçivəsində planlaşdırılan tədbirləri müzakirə edib", - məlumatda bildirilib.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər