Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri
13.03.2026 10:10 İqtisadiyyat

ABŞ fond bazarlarında Dow Jones sənaye indeksi 1,56% azalaraq 46,677.85 bəndə, S&P 500 indeksi 1,52% azalaraq 6,672.62 bəndə, NYSE Composite indeksi isə 1,64% azalaraq 22,118.7 bəndə düşüb.

TodayPress TV birja məlumatlarına istinadən xəbər verir ki, texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi Nasdaq Composite indeksi 1,78% azalaraq 22,311.98 bəndə enib.

Kanadanın S&P/TSX Composite indeksi də 0,84 azalaraq 32,840.6 bəndə qədər azalıb.

Avropada Euro Stoxx 50 indeksi 0,79% azalaraq 5 748,89 bənd səviyyəsində qərarlaşıb. Böyük Britaniyanın əsas indeksi olan FTSE 100 0,47% geriləyərək 10 305,15 bəndə düşüb. Almaniyanın DAX indeksi isə 0,21% azalaraq 23 589,65 bənd təşkil edib. Fransanın CAC 40 indeksi 0,71% azalaraq 7 984,44 bəndə, İspaniyanın IBEX 35 indeksi isə 1,22% 17 139,90 bənd səviyyəsində formalaşıb.

Asiya-Sakit okean regionunda da mənfi dinamika müşahidə olunub. Yaponiyanın Nikkei 225 indeksi 1,38% azalaraq 53 701,26 bəndə düşüb. TOPIX indeksi 0,74% itirərək 3 622,67 bənd təşkil edib. Honq-Konqun Hang Seng Index indeksi 0,48% azalaraq 25 593,25 bəndə enib. Çinin əsas göstəricilərindən biri olan CSI 300 indeksi isə 0,02% azalaraq 4 686,51 bəndə, Avstraliyanın S&P/ASX 200 indeksi isə 0,11% azalaraq 8 619,80 bəndə düşüb.

Analitiklərin fikrincə, qlobal fond bazarlarında müşahidə olunan mənfi dinamika əsasən investorların monetar siyasətlə bağlı qeyri-müəyyənlik fonunda ehtiyatlı mövqe tutması, aparıcı mərkəzi bankların faiz dərəcələrini uzun müddət yüksək səviyyədə saxlayacağına dair gözləntilər, həmçinin qlobal iqtisadi artımla bağlı risklərin artması ilə bağlıdır. Bununla yanaşı, texnologiya sektorunda satışların artması və investorların riskli aktivlərdən daha təhlükəsiz alətlərə yönəlməsi də indekslərin enişinə təsir göstərib.

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
"Meta"nın söhbət robotu "Instagram" hesablarını ələ keçirir - KİV 22:53 Günəşdə "ürək döyüntüsü" aşkarlandı: Yer kürəsinə təsir edə bilər 22:39 Roman Qofman "Mossad"ın rəhbəri vəzifəsinin icrasına başladı 00:48 Avropa çempionatı: Yarımfinal cütləri cütləri dəqiqləşib, Azərbaycan millisinin rəqibi bəlli olub 01:24 Avropa çempionatı: Azərbaycan millisi Çexiyanı məğlub edərək yarımfinala yüksəldi 01:19 Səhvən dünyanın ən varlı adamı olan azərbaycanlının başı bəlaya düşdü 00:13 Maştağada baş verən yanğın söndürüldü - VİDEO - YENİLƏNİB 23:35 Avropa çempionatı: İlk yarımfinalçılar məlum oldu 23:50 İran ABŞ ilə sövdələşmə qapısını tam bağlamır, lakin.. 23:36 Ebola can almağa davam edir: Ölənlərin sayı 60-a çatdı 23:21 Belçika yoldaşlıq oyununda Xorvatiyaya qalib gəldi 22:59 Ərdoğan ilə Paşinyan arasında telefon danışığı baş tutdu 23:17 BƏƏ-dən İLK: Çoxməhsullu neft kəməri inşa edilir 23:03 Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək 22:16 “Ruslar bizim Ermənistandakı mövcudluğumuzdan narazıdırlar" - Rubio Moskvaya işarə etdi 22:46 İsveç bu şəxslər üçün yaşayış icazəsi şərtlərini sərtləşdirir 21:03 Türkiyə millisi Dünya Çempionatı üçün ABŞ-yə yola düşdü 22:32 Bu ölkə məktəblərdə telefondan istifadəni qadağan etdi 21:00 Bakıda güclü külək binanın fasadını uçurtdu – VİDEO 20:50 "Danışıqlar fasiləsiz davam edir" - Tramp bəyan etdi 21:40 Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı 20:38 İsrail və Livanda nə baş verir? 21:25 Gənc avarçəkənlərimiz Qazaxıstanda tam heyətlə medal qazandılar 21:15 Bakı daha bir mühüm tədbirə ev sahibliyi edəcək 20:27 Türkiyədən Yaxın Şərqlə bağlı diqqətçəkən açıqlama: "İsrail sabitliyə can atmır" 18:45 Bütün Xəbərlər