"Turkish Airlines" Moskvaya uçuşlarını ləğv etdi

"Turkish Airlines" Moskvaya uçuşlarını ləğv etdi
26.05.2025 14:56 Dünya

"Turkish Airlines" aviaşirkəti Moskva istiqamətində bir neçə reysini ləğv edib.

TodayPress TV xəbər verir ki, Bu barədə Rusiya Turizm Operatorları Assosiasiyası (ATOR) məlumat yayıb.

Ləğvlərə səbəb kimi 26 may gecəsi Mərkəzi Rusiyada yerləşən hava limanlarında tətbiq olunan uçuş və eniş məhdudiyyətləri göstərilib.

"26 may gecəsi Mərkəzi Rusiyanın hava limanlarında yenidən təyyarələrin eniş və qalxışına məhdudiyyətlər tətbiq olunub. Bu da Domodedovo, Vnukovo və Jukovski hava limanlarının cədvəllərində dəyişikliklərə səbəb olub. 60%-ə qədər reys ya gecikib, ya da tamamilə ləğv edilib. Nəticədə "Turkish Airlines" şirkətinin reyslərinə də təsir göstərilib" deyə açıqlamada bildirilib.

Turizm operatorları vəziyyəti araşdırır və sərnişinlərə yeni uçuş vaxtı ilə bağlı məlumatı gözləməyi tövsiyə edirlər. "Pegas Touristik" turizm şirkətinin Baş direktoru Anna Podqornaya bildirib ki, bəzi hallarda texniki səbəblərdən "Turkish Airlines" reysləri gecikmə statusu yerinə ləğv edilmiş kimi göstərir.

"Uçuş üçün imkan yarandıqda, tablodakı vaxt və reys nömrəsi dəyişdirilir və uçuş yerinə yetirilir. Biz məlumatı əldə etdikcə rezervasiyalarda dəyişikliklər edirik. Agentlər bu yenilikləri turistlərə çatdırmalıdır. Səyahətçilərə gözləmələri tövsiyə olunur" deyə o əlavə edib.

Sankt-Peterburq hava limanı da sərnişinləri Moskva istiqamətində uçuş cədvəllərinin dəyişə biləcəyi ilə bağlı xəbərdar edib.

Töhfə Səməd

XƏBƏR LENTİ
02 IYUN 2026
Məşhur aparıcı Space TV-dən ayrıldı 11:10 Putin milyarderləri "tasa oturtdu": Bağlı qapı arxasında hədə - Qorxunun maliyyəti... 11:09 Astarada gömrükçülər "Kahı" qutularını açdılar - 23 kilo narkotik 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Nikol Paşinyan Azərbaycana 4-5 milyard dollar dəyərində silah verib - nə üzlə səs istəyir? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 İran qarışıb, hakimiyyət çöküb - Prezidenti divara sıxıblar, SEPAH sərhəd tanımır 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 Hamının yolunu gözlədiyi yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - FHN-dən XƏBƏRDARLIQ! 10:07 Arteta böyük dəyişikliklərə hazırlaşır: transfer planı açıqlandı 10:17 DİM-dən abituriyentlərə MÜRACİƏT - Qabilliyət imtahanları... 09:58 Dəmir Yollarından ictimaiyyətə müraciət - ÖLƏN VAR 09:50 Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Kiyevi yer üzündən silir - Gecə boyunca zərbələr davam edir - VİDEO 09:09 ABŞ-nin təzə qurbanı OMAN: Bu dəfə İranın nişangahında 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 Bütün Xəbərlər