"Turkish Airlines" Moskvaya uçuşlarını ləğv etdi

"Turkish Airlines" Moskvaya uçuşlarını ləğv etdi
26.05.2025 14:56 Dünya

"Turkish Airlines" aviaşirkəti Moskva istiqamətində bir neçə reysini ləğv edib.

TodayPress TV xəbər verir ki, Bu barədə Rusiya Turizm Operatorları Assosiasiyası (ATOR) məlumat yayıb.

Ləğvlərə səbəb kimi 26 may gecəsi Mərkəzi Rusiyada yerləşən hava limanlarında tətbiq olunan uçuş və eniş məhdudiyyətləri göstərilib.

"26 may gecəsi Mərkəzi Rusiyanın hava limanlarında yenidən təyyarələrin eniş və qalxışına məhdudiyyətlər tətbiq olunub. Bu da Domodedovo, Vnukovo və Jukovski hava limanlarının cədvəllərində dəyişikliklərə səbəb olub. 60%-ə qədər reys ya gecikib, ya da tamamilə ləğv edilib. Nəticədə "Turkish Airlines" şirkətinin reyslərinə də təsir göstərilib" deyə açıqlamada bildirilib.

Turizm operatorları vəziyyəti araşdırır və sərnişinlərə yeni uçuş vaxtı ilə bağlı məlumatı gözləməyi tövsiyə edirlər. "Pegas Touristik" turizm şirkətinin Baş direktoru Anna Podqornaya bildirib ki, bəzi hallarda texniki səbəblərdən "Turkish Airlines" reysləri gecikmə statusu yerinə ləğv edilmiş kimi göstərir.

"Uçuş üçün imkan yarandıqda, tablodakı vaxt və reys nömrəsi dəyişdirilir və uçuş yerinə yetirilir. Biz məlumatı əldə etdikcə rezervasiyalarda dəyişikliklər edirik. Agentlər bu yenilikləri turistlərə çatdırmalıdır. Səyahətçilərə gözləmələri tövsiyə olunur" deyə o əlavə edib.

Sankt-Peterburq hava limanı da sərnişinləri Moskva istiqamətində uçuş cədvəllərinin dəyişə biləcəyi ilə bağlı xəbərdar edib.

Töhfə Səməd

XƏBƏR LENTİ
02 IYUN 2026
Samvel Karapetyana qarşı iş açıldı 15:51 Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir 15:26 Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı 15:11 Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 “Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 20 ballıq cərimə limiti artırılır? - VİDEO 13:38 Dünya çempionluğu Keyni “Qızıl top”a yaxınlaşdıra bilər 13:35 Tennis əfsanəsinin dönüşü dünyanı təəccübləndirdi 13:25 "Elçibəy" Ermənistanı uçuruma aparır... 13:20 Simonyan: Azərbaycana gedirəm, Sahibə xanım dəvət etdi 13:12 NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Meteohəssas vətəndaşların nəzərinə: Atmosfer təzyiqi enir 12:59 Bütün Xəbərlər