Tramp yaxın günlərdə Aİ ilə ticarət sazişi qərarını açıqlayacaq

Tramp yaxın günlərdə Aİ ilə ticarət sazişi qərarını açıqlayacaq
25.07.2025 11:30 Dünya

ABŞ prezidenti Donald Tramp yaxın günlərdə Avropa İttifaqı (Aİ) ilə ticarət razılaşmasını qəbul edib-etməyəcəyinə və ya gələn həftə 30%-lik tarifləri qüvvəyə mindirəcəyinə dair qərarını elan edə bilər.  

TodayPress TV xəbər verir ki, bu barədə “Politico” avropalı diplomatlara istinadən məlumat yayıb. 

Tramp son çıxışında ABŞ və Aİ arasında aparılan danışıqları yüksək qiymətləndirib. O bildirib ki, hazırda iki tərəf ticarət sazişinin detalları üzərində ciddi müzakirələr aparır. 

Hazırda Avropadan idxal olunan polad, alüminium və avtomobillərə 10%-lik tariflər tətbiq olunur. Lakin Tramp 1 avqustdan etibarən bu tariflərə əlavə olaraq, bütün Aİ məhsullarına 30% rüsum tətbiq etməyi planlaşdırdığını açıqlayıb. 

Buna cavab olaraq, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen ABŞ-ni avqustun 1-dək razılığa gəlməyə çağırıb. 

Avropa Ticarət Komissarı Maroş Şefçoviç isə bildirib ki, Aİ Trampın tariflərini ləğv etdirməyə çalışacaq. O artıq ABŞ-dən idxal olunan və illik dəyəri 72 milyard avro olan məhsulların siyahısını hazırlayıb. Danışıqlar nəticə vermədiyi təqdirdə cavab rüsumları tətbiq oluna bilər.   

Aysel Mətləb

XƏBƏR LENTİ
05 IYUN 2026
"İnşaatçılar əllərində pulemyot yox, alət tutsunlar" – Belarus liderindən sülh mesajı 20:30 İranda güclü zəlzələ baş verdi 20:23 Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi İsveçə uduzdu 20:18 Putin Zelenski ilə görüşü rədd etdi: "Bizə hücumu dayandırmaq yox, real razılaşmalar lazımdır" 20:12 Azərbaycanla bağlı yayılan iddialar əsassızdır və manipulyasiyadır 20:13 Azərbaycan millisi Macarıstana məğlub oldu 20:04 Livanda ölənlərin sayı 3 558 nəfərə çatdı 19:48 ABŞ Hind okeanında daha bir neft tankerini ələ keçirdi 19:40 Finlandiyada NATO-nun yeni quru qüvvələri yaradılır 19:08 Avropa Çempionatında qızıl medal qazanan millimiz Vətəndə! 19:21 Milli Məclisdən "CNN"ə ETİRAZ: Əsassız iddialarınızı sübut edin! 19:18 Portuqaliya Prezidenti İlham Əliyevi təbrik etdi 19:13 Azərbaycanda sosial şəbəkələr üçün yeni cərimələr tətbiq olunur 18:58 Bütün ambulans parkları yenilənir 18:33 3 Avropa lideri Ukrayna böhranını müzakirə edəcək 18:21 Tehrandan dünyaya çağırış: 17 zərbə dalğası.. 18:13 Almaniya XİN xəbərdarlıq etdi: Küveyt və Bəhreynə səfər etməyin! 18:05 18 yaşlı Yamal La Liqanı fəth etdi: mövsümün ən yaxşısı seçildi 17:58 Bakıxanovda yaşayış binası yanır 17:54 Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəldi 17:49 Taşdemir dönəmi başa çatdı: klubdan rəsmi açıqlama! 17:31 Küveyt Əmiri İlham Əliyevi təbrik etdi 17:20 Dron hücumunda yaralanan vətəndaşımız: Hər şey yaxşıdır - VİDEO 17:13 Ev trasında parlayan Lekler Monakoda hamını geridə qoydu! 17:05 Koçaryan Azərbaycana məlumat ötürübmüş - 100 erməni mühasirəyə düşüb 16:59 Bütün Xəbərlər