Tramp: "Putin Rusiyanın aerodromlarına edilən hücumlara cavab verəcək"
ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin Ukraynanın Rusiya aerodromlarına hücumu barədə danışıblar.
TodayPress TV xəbər verir ki, bu barədə Tramp “Truth” sosial şəbəkəsində bildirib.
“ Telefon danışığı yaxşı keçib. Amma dərhal sülhə gətirib çıxarmayacaq. Prezident Putin çox qətiyyətlə dedi ki, o, aerodromlara edilən son hücumlara cavab verməli olacaq”.
Liderlər arasında telefon danışığı 1 saatdan çox davam edib.
Aynur TAC