Tramp Budapeşt görüşünü ləğv etdi
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Budapeştdə planlaşdırılan görüşü ləğv edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Qəzet yazır ki, Trampın qərarı Moskvanın Vaşinqtona Ukrayna ilə bağlı tələbləri əks etdirən memorandum göndərməsindən sonra verilib. Memorandumda Rusiya Ukraynadan ərazi güzəştləri, ordunun sayının azaldılması və NATO-ya qoşulmamaqla bağlı zəmanət tələb edib.
Mənbələrin bildirdiyinə görə, Tramp Moskvanın bu mövqeyindən narazı qalıb və danışıqların nəticə verməyəcəyini düşünərək görüşü təxirə salıb.
Putin isə bildirib ki, Budapeştdə görüşün əvvəlcədən hazırlıq olmadan keçirilməsi düzgün olmazdı və sammitin ləğvi deyil, yalnız təxirə salınması nəzərdə tutulur.
Jalə Rövşən