Lekornu hələ də etimadsızlıq riski ilə üz-üzədir

Lekornu hələ də etimadsızlıq riski ilə üz-üzədir
15.10.2025 22:15 Dünya

“Odoxa-Backbone Consulting” şirkətinin sorğusuna əsasən, fransızların böyük əksəriyyəti yeni Baş nazir Sebastian Lekornu və onun formalaşdırdığı hökumətə etimadsızlıq göstərir.

TodayPress TV Fransa KİV-ə istinadən xəbər verir ki, fransızların 62%-i bu təyinatdan narazıdır.

Fransızlar Lekornünü fərdi xüsusiyyətlərinə görə bəyənsələr də, onu baş nazir kimi qəbul etmirlər. Sorğuda iştirak edənlərin 44%-i onun haqqında müsbət fikir bildirib. Onun televiziya vasitəsilə verdiyi səmimi istefa açıqlaması da Lekornüya ictimai rəğbət qazandırıb. Buna baxmayaraq, fransızların 61%-i hesab edir ki, o, yaxşı baş nazir deyil.

Yeni formalaşan hökumət isə vəziyyəti yaxşılaşdırmaq əvəzinə, daha da pisləşdirir. Respondentlərin 72%-i bu hökumətin onların gözləntilərinə uyğun olmadığını düşünür. 67%-i isə siyasi dəyişiklik vədinin yerinə yetirilmədiyini qeyd edir.

Hökumətin kiçik heyətli olacağı bəyan edilsə də, yeni kabinetdə 34 üzv yer alıb. Nəticədə, fransızların 73%-i bu hökumətin uğur qazanacağına, 74%-i isə 2027-ci ilə qədər davam edəcəyinə inanmır.

Etimadsızlıq səsverməsi ictimaiyyətdə kəskin qütbləşməyə səbəb olur: 52% lehinə, 47% əleyhinədir. Bu fərq xalqın narazı olduğu qədər yorğun olduğunu da göstərir. Əksəriyyət hökumətin cəzalandırılmasını istəsə də, az qala yarısı bunun siyasi böhranı daha da dərinləşdirəcəyindən qorxur. Fransızların 80%-i böhranın artıq iqtisadi təsirlərinin olduğunu düşünür.

Pensiya islahatının dayandırılması qərarı müvəqqəti olaraq gərginliyi azaldıb. Bu da sosialist seçicilər arasında etimadsızlığa qarşı çıxanların sayını artırıb.

Ən diqqətçəkən nəticələrdən biri odur ki, əgər Lekornü hökumətinə etimadsızlıq göstərilərsə, fransızların 83%-i bunun ciddi siyasi nəticələrinin olacağını düşünürlər. Fransızların 50%-i Emmanuel Makronun istefasını, 33%-i isə parlamentin buraxılmasını istəyir. Yalnız 16%-i yeni Baş nazir təyin olunmasının çıxış yolu ola biləcəyini düşünür.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 Bütün Xəbərlər