Kipr Rusiyadan viza müraciətlərinin qəbulunu dayandırdı

Kipr Rusiyadan viza müraciətlərinin qəbulunu dayandırdı
01.10.2025 00:11 Dünya

Kipr Rusiyadakı konsulluqlarında viza müraciətlərinin qəbulunu dayandırıb.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, 30 sentyabr çərşənbə axşamından etibarən Moskva, Sankt-Peterburq, Krasnodar və Yekaterinburqdakı Kipr konsulluqları müraciətləri qəbul etməyi dayandırıb.

Bu tədbir Kiprin viza sistemindəki dəyişikliklərə hazırlıq məqsədilə və texniki səbəblərlə əlaqəlidir. Müraciətlərin qəbulunun dayandırılması 12 oktyabrda Avropa İttifaqına yeni giriş-çıxış sisteminin tətbiqi və Kiprin Şengen zonasına qoşulmasına hazırlıq məqsədini daşıyır.

Qeyd edək ki, Kipr konsulluqları oktyabrın 6-da yenidən açılacaq. Yeni qaydalara görə, standart sənəd paketinə əlavə olaraq müraciət edənlərdən biometrik məlumatlar tələb olunacaq. Bu zaman turistlərin barmaq izləri və fotoşəkilləri alınacaq, 12 yaşdan kiçik uşaqlardan isə barmaq izləri alınmayacaq.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər