İtaliya hava limanında yanğın çıxdı

İtaliya hava limanında yanğın çıxdı
21.08.2025 10:33 Dünya

İtaliyanın Malpensa Hava Limanında baş verən insident nəticəsində "Terminal 1"in 13 nömrəli çıxışı yaxınlığında yanğın baş verib. 

TodayPress TV yerli mediaya istinadən xəbər verir ki, ilkin məlumata görə, bir sərnişin orada yerləşən zibil qutusunu qəsdən yandırıb və nəticədə sərnişinlər arasında panika yaşanıb.

Hadisəni törədən şəxs daha sonra əlindəki çəkiclə bəzi qeydiyyat (check-in) terminallarını dağıdıb.

Hava limanındakı təhlükəsizlik əməkdaşları vəziyyətə dərhal müdaxilə edərək şəxsi zərərsizləşdiriblər. O, hava limanı polisi tərəfindən saxlanılıb.

Eyni zamanda, yanğına müdaxilə edən yanğınsöndürmə briqadaları ehtiyat tədbiri olaraq terminalı tam şəkildə təxliyə edib.

Təhlükəsizlik yoxlamaları başa çatdıqdan sonra terminalda fəaliyyət bərpa olunub və vəziyyət sabitləşdirilib.

Töhfə Səməd

XƏBƏR LENTİ
01 IYUN 2026
184 dərmanın qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistanı boğmağa davam edir: Daha bir QADAĞA 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 Bütün Xəbərlər