Fransalıların üçdə biri Makronun istefasını istəyir

Fransalıların üçdə biri Makronun istefasını istəyir
18.10.2025 07:34 Dünya

Fransa vətəndaşlarının əksəriyyəti ölkəni bürüyən siyasi böhrandan narazıdır və bu haldan utanır, hər üç nəfərdən biri isə Fransa prezidenti Emmanuel Makronun vaxtından əvvəl istefasını istəyir.

TodayPress TV xəbər verir ki, bu, Verian şirkətinin “Le Figaro” qəzeti üçün keçirdiyi sorğunun nəticələrində öz əksini tapır.

Müxalifətin hökuməti istefaya məcbur edə bilmədiyi və Milli Assambleyada (parlamentin aşağı palatası) təqdim etdiyi etimadsızlıq təklifləri üçün kifayət qədər səs toplaya bilmədiyi 14-16 oktyabr tarixləri arasında keçirilən sorğuda 1000 nəfərin iştirak etdiyi bildirilir.

Sorğuda iştirak edənlərin 39%-i ölkədəki mövcud vəziyyətlə bağlı ümidsiz, 35%-i yorğun, 21%-i kədərli və 18%-i də bu vəziyyətdən qorxduğunu deyib.

Yerdə qalan 9% vətəndaş hazırkı vəziyyətə biganə qaldığını, 5% isə hələ də yaxşılaşmağa ümid etdiyini bildirib.

Sevinc, qürur, intizar və məmnunluq kimi müsbət emosiyalar respondentlərin yalnız 1%-i tərəfindən yaşanıb.

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
"Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 184 dərmanın qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistanı boğmağa davam edir: Daha bir QADAĞA 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Bütün Xəbərlər