Fon der Lyayen: "G7 Yaxın Şərqdə sülhə və sabitliyə sadiqliyini bir daha təsdiqlədi"
G7 ölkələri Yaxın Şərqdə sülh və sabitliyin təmin olunmasına sadiq olduqlarını bir daha bəyan ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen öz "X" hesabında yazıb.
Onun sözlərinə görə, İranla bağlı böhranın həlli bölgədə genişmiqyaslı eskalasiyanın qarşısını almalı və xüsusilə Qəzzada atəşkəslə nəticələnməlidir.
"G7 ölkələri bölgədəki gərginliyin enerji bazarlarına mümkün təsirlərini diqqətlə izləməyə davam edirlər", - deyə o bildirib.
Töhfə Səməd