"BMW Group" 3 milyonuncu elektrikləşdirilmiş avtomobilini satdı

"BMW Group" 3 milyonuncu elektrikləşdirilmiş avtomobilini satdı
29.08.2025 19:00 Dünya

"BMW Group" mühüm bir mərhələni qeyd edib — şirkət artıq 3 milyon elektrikləşdirilmiş avtomobil (hibrit və tam elektrik modellər) satıb. 

TodayPress TV xəbər verir ki, bu barədə “Jalopnik” yazır.

Yubiley avtomobili — 3-cü seriyadan olan "330e" qoşulan hibrid Münhendəki zavoddan çıxaraq alıcısına təhvil verilib. Bu nailiyyət 2025-ci ilin birinci yarısında həm elektromobillərin, həm də hibridlərin satışında ciddi artımın nəticəsi olub.

"BMW Group"un satışlarının dörddə birindən çoxunu elektrikləşdirilmiş modellər təşkil edir. Ən iri bazar Avropadır — burada satılan ümumi avtomobillərin 40%-dən çoxu elektrikləşdirilmiş modellərdir və bütün satışların 60%-i bu qitəyə düşür.

Şirkət paralel olaraq daha bir uğuru qeyd edib: iyul ayında 1,5 milyonuncu tam elektrikli avtomobil satılıb. Bu "MINI Countryman SE" modeli Leypsiqdə istehsal olunaraq Portuqaliyadakı alıcısına çatdırılıb. "BMW Group"un ümumi satılmış elektrikli avtomobillərini bir sıraya düzsək, onların uzunluğu 6 500 kilometrə — demək olar ki, Münhenlə Nyu-York arasındakı məsafəyə bərabər olardı.

Hazırda "BMW Group"un portfelində "BMW", "MINI" və "Rolls-Royce" markaları altında 15-dən çox tam elektrikli və 10-dan artıq qoşulan hibrid model mövcuddur. Son yeniliklər arasında 700 kilometrdən artıq məsafə qət edə bilən yenilənmiş "BMW iX" də yer alır.

Qiymət Mahir

XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər