Avstriyalı nazir: "Aİ-nin mövcudluğu sual altındadır"

Avstriyalı nazir: "Aİ-nin mövcudluğu sual altındadır"
25.05.2025 18:00 Dünya

Avropa İttifaqı (Aİ) dövlətləri ABŞ prezidenti Donald Tramp administrasiyası ilə aparılan danışıqlarda Amerikanın tətbiq etdiyi rüsumlarla bağlı problemi həll etməlidirlər, əks təqdirdə bu, ittifaqın mövcudluğuna təhlükə yarada bilər.

TodayPress TV xəbər verir ki, bu barədə Avstriyanın əmək və iqtisadiyyat naziri Volfqanq Hattmansdorfer “Kurier” qəzetinə müsahibəsində bildirib.

“Tramp hələ də qeyri-proqnozlaşdırılandır və bu, bir daha təsdiqləndi. Bu səbəbdən Aİ-nin bir cəbhə kimi çıxış etməsi və danışıqlar masasında həll yolu tapması daha da vacibdir. Əgər Tramp bu məsələdə ciddidirsə, Aİ ticarət siyasətində qarşı tədbirlər görməli və bunları xüsusilə texnologiya və rəqəmsal xidmət sahəsində fəaliyyət göstərən şirkətlərə tətbiq etməlidir. Aİ "yatmış gözəl" olmamalıdır” deyə nazir vurğulayıb.

Xatırladaq ki, Tramp daha əvvəl iyunun 1-dən etibarən Aİ-yə qarşı 50% gömrük rüsumları tətbiq etməyi təklif etmişdi. Bunun səbəbini isə Avropa İttifaqı ilə ticarət danışıqlarının çətinliyi ilə izah etmişdi. Eyni zamanda Tramp qeyd edib ki, əgər Avropa şirkətləri istehsallarını ABŞ ərazisində həyata keçirsələr, rüsum ödəməkdən azad olunacaqlar.

Trampın sözlərinə görə, Avropa İttifaqının yaradılmasının əsas məqsədlərindən biri ABŞ üzərində ticarətdə üstünlük qazanmaq olub. O, həmçinin ABŞ-nin Aİ ilə ticarətdə 250 milyard dollarlıq kəsirə malik olduğunu və bunun qəbulolunmaz sayıldığını bildirib.

Töhfə Səməd

XƏBƏR LENTİ
02 IYUN 2026
Ebola can almağa davam edir: Ölənlərin sayı 60-a çatdı 23:21 Maştağada güclü yanğın başladı - VİDEO 23:35 Belçika yoldaşlıq oyununda Xorvatiyaya qalib gəldi 22:59 Ərdoğan ilə Paşinyan arasında telefon danışığı baş tutdu 23:17 BƏƏ-dən İLK: Çoxməhsullu neft kəməri inşa edilir 23:03 Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək 22:16 “Ruslar bizim Ermənistandakı mövcudluğumuzdan narazıdırlar" - Rubio Moskvaya işarə etdi 22:46 İsveç bu şəxslər üçün yaşayış icazəsi şərtlərini sərtləşdirir 21:03 Türkiyə millisi Dünya Çempionatı üçün ABŞ-yə yola düşdü 22:32 Bu ölkə məktəblərdə telefondan istifadəni qadağan etdi 21:00 Bakıda güclü külək binanın fasadını uçurtdu – VİDEO 20:50 "Danışıqlar fasiləsiz davam edir" - Tramp bəyan etdi 21:40 Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı 20:38 İsrail və Livanda nə baş verir? 21:25 Gənc avarçəkənlərimiz Qazaxıstanda tam heyətlə medal qazandılar 21:15 Bakı daha bir mühüm tədbirə ev sahibliyi edəcək 20:27 Türkiyədən Yaxın Şərqlə bağlı diqqətçəkən açıqlama: "İsrail sabitliyə can atmır" 18:45 "Bütün dünya buna qarşıdır" - Rubio İrana qarşı beynəlxalq mövqedən danışdı 20:23 ABŞ kəşfiyyatında yeni dövr: Trampdan mühüm təyinat 18:59 İran iqtisadiyyatı SOS siqnalı verir: 1942-ci ildən bəri ən ağır inflyasiya 20:19 Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər - YENİLƏNDİ 19:42 Əfqanıstanın Baş naziri İlham Əliyevi təbrik etdi 20:08 Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxıldı 20:02 Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu 19:54 İsrail döyüş təyyarələri yenidən Nəbatiyyəni hədəfə aldı - VİDEO 19:52 Bütün Xəbərlər