Arktika Rusiya və NATO qarşıdurmasında "poliqona" çevrildi
"Arktika Rusiya ilə NATO arasında siyasi qarşıdurma məkanına çevrilib".
TodayPress TV xəbər verir ki, bu barədə Arktikanın İnkişafı üzrə Dövlət Komissiyasının üzvü Maksim Dankin bildirib.
Onun sözlərinə görə, Qərb bu bölgədə təsirini gücləndirməklə yanaşı, Rusiyanın inkişafını məhdudlaşdırmağa yönəlmiş hərbiləşdirilmiş siyasət həyata keçirir.
Dankin qeyd edib ki, Arktika elmi tədqiqatlar üçün mühüm ərazi olsa da, ölkələr arasında əməkdaşlıq əlaqələri xeyli zəifləyib.
Jalə Rövşən