Argentinada 70 milyon il əvvəl yaşamış nəhəng yırtıcı sürünən kəşf edildi

Argentinada 70 milyon il əvvəl yaşamış nəhəng yırtıcı sürünən kəşf edildi
29.08.2025 19:15 Dünya

Alimlər Argentinanın cənubunda yeni növ nəhəng, timsaha bənzər hiper-yırtıcı sürünən aşkar ediblər. 

TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri “PLOS One” jurnalında dərc olunub.

Yeni növ "Kostensuchus atrox" adlandırılıb. Ad “Patagoniyanın Kosten küləyi” və timsah başlı misir tanrısı Sobek (Suhos) sözlərinin birləşməsindən yaranıb.

Qalıqlar 2020-ci ildə Patagoniyanın cənubunda aşkarlanıb. Araşdırmalar göstərib ki, yetkin fərdlərin uzunluğu 3,5 metrə, çəkisi isə 250 kiloqrama qədər çatıb. Kostensuchus atrox hiper-karnivor olub, yəni onun qidasının 70%-dən çoxunu ət təşkil edib. Geniş burun quruluşu, iri dişləri və güclü ön ətrafları onun iri dinozavrlara da ov edə bildiyini göstərir.

Mütəxəssislər hesab edirlər ki, bu kəşf məhv olmuş ekosistemlərdə qədim timsahabənzər canlıların müxtəlifliyini və onların mühüm rolunu üzə çıxarır.

Qiymət Mahir

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər