MSK-da Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilir
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilməsinə baxılacaq.
TodayPress TV xəbər verir ki, sözügedən məsələ MSK-nın bugünkü iclasının gündəliyinə daxil edilib.
Xatırladaq ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında TÜRKPA Baş katibi seçilib.
O, oktyabrın 15-dən etibarən, vəzifəsinin icrasına başlayıb.