Enerji tarifləri yenidən strukturlaşdırılacaq

Enerji tarifləri yenidən strukturlaşdırılacaq
08.07.2025 12:41 Daxili siyasət

Azərbaycanda elektrik enerjisi və təbii qaz üzrə sabit tarifin (1 manat səviyyəsində) tətbiqi əsas əhali istehlakçıları üçün əlavə maliyyə yükü yaratmayacaq.

TodayPress TV xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında bildirib.

Onun sözlərinə görə, sabit tariflə bağlı xərclər hazırda aktiv abonentlər tərəfindən mövcud istehlak tarifləri çərçivəsində ödənilir:

“Bu yanaşma əsas əhali istehlakçıları üçün əlavə maliyyə yükü yaratmır. Qeyd etmək istərdim ki, Azərbaycanda məişət abonentləri üçün sayğaclar abonentin deyil, paylayıcı şirkətin vəsaiti hesabına quraşdırılır. Müqayisə üçün bildirək ki, Türkiyə, Rusiya və Gürcüstanda sayğacların dəyəri birbaşa abonentlər tərəfindən ödənilir.

Hər bir abonentin şəbəkəyə qoşulması zəncirvari texniki proses tələb edir və bu, enerji istehlakından asılı olmayaraq, müəyyən xərclərin yaranmasına səbəb olur. Belə hallarda haqlı olaraq sual meydana çıxır: Niyə passiv abonentlərin - yəni faktiki enerji istifadə etməyənlərin xərclərini digər vətəndaşlar ödəməlidir?"

O. Zeynalov hesab edir ki, tarif sisteminin iqtisadi baxımdan daha təkmil və ədalətli yanaşmalar əsasında yenidən strukturlaşdırılması gələcəkdə sosial baxımdan daha balanslaşdırılmış və əlçatan tariflərin formalaşmasına xidmət edəcək.

XƏBƏR LENTİ
31 MAY 2026
AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 Bütün Xəbərlər