Türkiyə ilə gələcək əməkdaşlıq müzakirə olundu

Türkiyə ilə gələcək əməkdaşlıq müzakirə olundu
27.05.2025 14:48 Cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndə heyəti Türkiyəyə səfər edib.

TodayPress TV xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin Əməyin Mühafizəsi və Təhlükəsizliyi Baş İdarəsinin rəhbəri İbrahim Esenkarla görüşüb.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev ölkəmizdə əmək münasibətlərinin tənzimlənməsi və əməyin mühafizəsi sahəsində son illərdə həyata keçirilən islahatlar barədə məlumat verib.

O, iki ölkə arasında bu sahədə uğurlu əməkdaşlığın həyata keçirilməsinin məmnunluq doğurdğunu, əməkdaşlıq çərçivəsində aparılan təcrübə mübadilələrinin qarşılıqlı faydalı olduğunu vurğulayıb.

İbrahim Esenkar Azərbaycan və Türkiyə arasında sosial sahədə genişlənən əlaqələrin əhəmiyyətindən bəhs edib. O, əmək münasibətləri və iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması istiqamətində həyata keçirilən təcrübə mübadilələrinin önəmini diqqətə çatdırıb.

Görüşdə əməyin mühafizəsi sahəsində hər iki ölkədə görülən işlər və bu sahədə gələcək əməkdaşlıq müzakirə olunub.


XƏBƏR LENTİ
01 IYUN 2026
Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır! 10:57 Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 İlham Əliyev: Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 10:44 Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 10:42 Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Kart ödənişlərində yeni qayda - komissiyalara limit... 10:39 Bütün Xəbərlər