Regionlara səyahətə maraq artır - Hansı rayonlara üstünlük verilir?

Regionlara səyahətə maraq artır - Hansı rayonlara üstünlük verilir?
30.10.2025 16:57 Cəmiyyət

Payız fəsli Azərbaycanda turizmin ən gözəl və canlanma dövrlərindən biri hesab olunur. Sərin və mülayim hava, təbiətin qızılı və narıncı rənglərə bürünməsi ölkənin müxtəlif bölgələrinə olan marağı artırır.

Bəs payız aylarında Azərbaycan turizm sahəsi necə inkişaf edir?

Turizm eksperti Ceyhun Aşurov mövzu ilə bağlı TodayPress TV-yə açıqlamasında bildirib ki, payız aylarında həm istirahət, həm də sağlamlıq məqsədilə regionlara səfər edənlərin sayı artır:

Onun sözlərinə görə, bu mövsümdə qiymətlər yay aylarına nisbətən daha münasib olur:

"Sağlamlığın bərpası, təbiət qoynunda zaman keçirmək və ya sadəcə sakitlik axtaranlar üçün payız çox əlverişli fəsildir. Azərbaycanın cənub bölgəsində sitrus plantasiyalarına, şimal bölgəsində isə meşə və dağ mənzərələrinə maraq xüsusilə böyükdür".

Ekspert əlavə edib ki, bu dövrdə ölkənin müxtəlif bölgələrində, xüsusilə Quba, Qusar, Lənkəran, Astara, Balakən, Zaqatala, Gəncə, Göygöl, Şəki, İsmayıllı və Qəbələ istiqamətlərində qısa və uzunmüddətli turlar təşkil olunur.

"Hər həftəsonu paytaxtdan regionlara bir və ya iki günlük turlar həyata keçirilir və bu turların alıcı sayı da xeyli artıb. Səyahətçilər daha çox təbiətə yaxın, meşəlik ərazilərə, göl kənarına və ya tarixi məkanlara üstünlük verirlər. Turların təşkilində və logistikasında turizm şirkətləri öncədən hazırlanırlar".

Ceyhun Aşurov qeyd edib ki, turizm şirkətləri payız mövsümünə öncədən hazırlaşır, marşrutları yeniləyir və yeni məkanları turlara əlavə edirlər:

"Bu fəsildə keçirilən nar, alma, xurma, fındıq festivalları da regionlara turist axınını artırır. Artıq bu festivallar illərdir davam edən bir ənənəyə çevrilib və həm yerli, həm də xarici turistlərin marağına səbəb olur", - deyə o vurğulayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 Bütün Xəbərlər