Ramin Məmmədov Qusarda yerləşən bir sıra məscidləri ziyarət etdi

Ramin Məmmədov Qusarda yerləşən bir sıra məscidləri ziyarət etdi
20.06.2025 12:41 Cəmiyyət

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Qusar şəhəri “Mustafa Kazdal” və Həsənqala kənd məscidlərini ziyarət edib.

TodayPress TV xəbər verir ki, komitə sədri din xadimləri ilə söhbətində Prezident İlham Əliyev tərəfindən dinə, dini-tarixi abidələrin qorunub-saxlanılmasına xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb. Azərbaycanda dövlət-din münasibətlərinin ən yüksək səviyyədə tənzimlənməsinə nail olunduğunu, bütün dinlərə hörmətlə yanaşıldığını, hər bir dinin daşıyıcısına və millətin nümayəndəsinə bərabər münasibət göstərildiyini deyib.

Dövlət dəstəyinin din xadimlərinin üzərlərinə düşən vəzifələri uğurla yerinə yetirmələrində mühüm rol oynadığını bildirən Ramin Məmmədov harmoniya və mənəvi vəhdətin nümunəvi dövlət-din münasibətlərinin əsas sütunlarından olduğunu qeyd edib:

"Dövlət insanların fiziki təhlükəsizliyini, sağlamlığını, rifahını, fundamental hüquqlarını təmin etməklə bərabər, həm də mənəvi-əxlaqi dəyərlərini, o cümlədən etiqad azadlığını qoruyur. Cəmiyyətin mənəvi zənginləşməsinə xidmət edən din xadimləri də sağlam dini mühitin mənfi təzahürlərdən qorunmasında səmərəli fəaliyyət göstərməli, dinlə bağlı neqativ tendensiyalara qarşı mübarizədə aktiv olmalıdırlar".

Daha sonra görüşdə dini maarifləndirmə prosesində din xadimlərinin rolunun artırılması, eyni zamanda dini icmaların və din xadimlərinin fəaliyyəti, qarşılaşdıqları çətinliklər barədə fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyevin din xadimlərinin sosial müdafiəsinin gücləndirilməsi, dini icmaların fəaliyyəti üçün daha yaxşı şəraitin yaradılmasI sahəsində həyata keçirdiyi tədbirlər yüksək qiymətləndirilib.

FOTOLAR

Ramin Məmmədov Qusarda yerləşən bir sıra məscidləri ziyarət etdi — 1
XƏBƏR LENTİ
31 MAY 2026
AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 Bütün Xəbərlər