Qiymətlər artdı, saxtakarlıq da çoxaldı: Kənd yumurtasını necə seçək?

Qiymətlər artdı, saxtakarlıq da çoxaldı: Kənd yumurtasını necə seçək?
12.12.2025 16:06 Cəmiyyət

Xəbər verdiyimiz kimi, son günlər yumurtanın qiymətində artım müşahidə olunur. Qiymət dəyişikliyi həm broyler, həm də kənd yumurtasına şamil edilir.

Bəs bu iki növ yumurtanı bir-birindən necə ayırd etmək olar?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan qida eksperti İlkin Şirinov bildirib ki, xarici görünüşdə hər ikisi eyni təsir bağışlasa da, aralarında fərq var:


"Bəzi mütəxəssislər heç bir fərqin olmadığını deyirlər. Amma əgər belədirsə, kənd yumurtasının broyler yumurtasından daha baha satılması sual doğurur. Digər tərəfdən, broyler yumurtasının daha təhlükəsiz olduğu iddia edilir. Halbuki broyler toyuqları süni kökəldici yemlər və kimyəvi maddələrlə bəsləndiyindən, onların yumurtalarının tərkibinə də bu kimyəvi elementlərin keçməsi qaçılmazdır".

Ekspert əlavə edib ki, kənd yumurtasının qabığı broyler yumurtasına nisbətən daha qalın olur və bu, əsas fərqlərdən biridir:

"Yumurtalar ağ və ya sarı rəngdə olur. Bəzi satıcılar mağaza yumurtasını rəngləyərək kənd yumurtası kimi təqdim etməyə çalışırlar. Kənd yumurtalarının üzərində istehsal prosesindən qaynaqlanan təbii ləkələr olur. Lakin fırıldaqçılar bunu süni şəkildə hazırlayırlar. İnsanlar kənd yumurtasının təbiiliyinə güvənərək daha yüksək qiymət ödəyirlər". 

İlkin Şirinov qeyd edib ki, əgər istehlakçılar aldadılırsa, aidiyyəti qurumlar buna nəzarət etməli, xüsusilə bazarlarda və insanların sıx toplandığı yerlərdə monitorinqlər aparılmalıdır.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Все новости