“Deneyap" texnologiya laboratoriyasının I Məzun Günü keçirildi

“Deneyap" texnologiya laboratoriyasının I Məzun Günü keçirildi
31.10.2025 14:28 Cəmiyyət

31 oktyabr 2025-ci il tarixində “ASAN xidmət”in “Bilim Bakı” mərkəzinin “Deneyap" texnologiya proqramının I Məzun Günü keçirilib.

TodayPress TV xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Türkiyə Respublikasının Azərbaycandakı səfiri Birol Akgün, Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Kənan Kərimzadə təbrik nitqi ilə çıxış ediblər.

“Bilim Azərbaycan” layihəsinin rəhbəri Ahmet Köse “Deneyap" texnologiya proqramına dair hesabatla çıxış edib və videoçarx nümayiş olunub. Bildirilib ki, 2022–2025-ci illər üzrə proqramın məzunları müxtəlif yarış və müsabiqələrdə uğurla çıxış edib, bir çox layihələrlə qalib və mükafatçı olublar.

Sonda proqramı uğurla başa vuran şagirdlərə məzun diplomları təqdim olunub.

Xatırladaq ki, “Bilim Bakı” mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən “Bilim Azərbaycan” layihəsi çərçivəsində fəaliyyət göstərir.

Layihə 2021-ci il sentyabrın 23-də Dövlət Agentliyi ilə Türkiyə Texnologiya Komandası Fondu (T3 Fondu) arasında imzalanmış Anlaşma Protokolu əsasında həyata keçirilir. Əsas hədəflər 6–14 yaşlı uşaqlarda elmə, texnologiyaya, sahibkarlığa və innovasiyaya marağı artırmaq, onlarda müasir bacarıqları formalaşdırmaqdır. 

Bu çərçivədə yaradılan “Bilim Bakı” və “Bilim Quba” mərkəzlərində gələcəyin tələblərinə uyğun, layihə əsaslı təhsil verən “Deneyap" texnologiya proqramı reallaşdırılır. Proqram gündəlik həyat problemlərinin həllinə yönəlmiş, şagirdlərə yaradıcı düşüncə və innovativ bacarıqlar qazandıran kompleks tədris modelidir. Ümumtəhsil məktəblərinin 4–7-ci siniflərini bitirən şagirdlər iki mərhələli imtahan nəticəsində proqramda iştirak hüququ qazanırlar.

TodayPress TV

FOTOLAR

“Deneyap" texnologiya laboratoriyasının I Məzun Günü keçirildi — 1
“Deneyap" texnologiya laboratoriyasının I Məzun Günü keçirildi — 2
“Deneyap" texnologiya laboratoriyasının I Məzun Günü keçirildi — 3
“Deneyap" texnologiya laboratoriyasının I Məzun Günü keçirildi — 4
“Deneyap" texnologiya laboratoriyasının I Məzun Günü keçirildi — 5
“Deneyap" texnologiya laboratoriyasının I Məzun Günü keçirildi — 6
XƏBƏR LENTİ
31 MAY 2026
Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Bütün Xəbərlər