Psixoloq: “Uşaqlara ailədə bir fərd kimi yanaşmaq vacibdir”

Psixoloq: “Uşaqlara ailədə bir fərd kimi yanaşmaq vacibdir”
28.10.2025 12:32 Cəmiyyət

"Ailələrimizdə yaranan hər hansı neqativ istiqamətə imkan verməməliyik. Çünki ailə cəmiyyətin əsas təməl daşı, ilkin sosial institutudur. Hər bir fərdin şəxsiyyət kimi formalaşması məhz ailədən başlayır".

TodayPress TV xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Ailə könüllüləri” layihəsi çərçivəsində “Xeyirxahlıq ailədən başlayır” adlı təlimdə çıxış edən Bakı Dövlət Universiteti Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Kamilə Kazımova bildirib.

Onun sözlərinə görə, uşaqlara ailə daxilində sadəcə “övlad” kimi deyil, bir fərd kimi yanaşmaq vacibdir:

"Onlara fikir bildirmək, öz düşüncələrini ifadə etmək imkanı verməliyik. Bu yanaşma sayəsində uşaq gələcəkdə məktəbdə və ya ictimai həyatda hüquqları pozulduqda, onu düzgün və mədəni formada ifadə edə biləcək. Necə ki, məktəbdə hər bir şagirdin fərdi psixoloji xüsusiyyətləri nəzərə alınmalıdır, eyni prinsip ailədə də keçərlidir. Valideynlər uşaqlarının xarakterini, maraqlarını, duyğularını tanımalı və onlara uyğun münasibət qurmalıdırlar".

Psixoloq qeyd edib ki, ailə quran hər bir insan üçün tövsiyəmiz budur ki, ailə psixologiyası ilə bağlı kitablar oxusun, mövzuya dair ədəbiyyatla tanış olsun.

"Uşaqlarla düzgün davranmaq, onların şəxsiyyət kimi formalaşmasına təsir edən amilləri bilmək çox vacibdir. Bəzən valideynlər övladlarını müəyyən davranış və ya seçimlərə məcbur edirlər. Bu isə uşağın daxili dünyasında narazılıq və psixoloji gərginlik yaradır. Uşağa hörmət etmək, onu dinləmək və istəklərini anlamağa çalışmaq lazımdır. Valideyn uşağının yanında onun üçün dəstək olmalı, “bacarmırsan”, “səndən olmaz” kimi ifadələrdən uzaq durmalıdır".

Kamilə Kazımova son olaraq vurğulayıb ki, uşağa inam və sevgi göstərən ailə, sabahın güclü, özünəinamlı və mənəvi dəyərlərə sahib vətəndaşını formalaşdırır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi 16:28 Albalı, ərik, üzüm və indi də kartof... - Rusiya Ermənistanı boğmağa davam edir 16:17 İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya çıxart! 15:51 Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir 15:26 Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı 15:11 Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 “Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 Bütün Xəbərlər