NMR Prokurorluğunda əməliyyat müşavirəsi keçirildi

NMR Prokurorluğunda əməliyyat müşavirəsi keçirildi
15.07.2025 17:31 Cəmiyyət

İyulun 14-də Naxçıvan Muxtar Respublikası prokurorunun rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mərkəzi aparatı və tabe rayon (şəhər) prokurorluqlarının əməkdaşlarının iştirakı ilə 2025-ci ilin birinci yarımili ərzində görülən işlərə dair əməliyyat müşavirəsi keçirilib.

TodayPress TV xəbər verir ki, müşavirə iştirakçıları tərəfindən öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Giriş nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev müasir prokurorluq orqanlarının formalaşmasında və inkişafında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətlərindən, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prokurorluq orqanlarına diqqət və qayğısından bəhs etmişdir.

Sonra Muxtar Respublikada cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiq olunmasına nəzarət və qanunla müəyyən edilmiş digər sahələrdə görülmüş işlərin vəziyyəti, əldə olunmuş nailiyyətlər, yol verilmiş nöqsanlar müzakirə edilmişdir. 

Naxçıvan Muxtar Respublikasının prokuroru 2025-ci ilin I yarımili ərzində prokurorluq və digər hüquq-mühafizə orqanlarının istintaq, təhqiqat və əməliyyat orqanları tərəfindən görülmüş işlərin vəziyyəti barədə ətraflı məruzə ilə çıxış edərək ötən ilin müvafiq dövrü ilə müqayisədə muxtar respublikada qeydə alınmış cinayət hadisələrinin sayının əsasən sabit qaldığını, daxili işlər, eləcə də dövlət təhlükəsizlik orqanları ilə birgə səmərəli əməkdaşlıq nəticəsində cinayətlərin açılmasının 97% təşkil etdiyini qeyd edərək, həm prokurorluq, həm də digər hüquq-mühafizə orqanlarında təhqiqat və istintaqın keyfiyyətinin daha da artırılması istiqamətində zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulamışdır. 

Həmçinin qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarında müraciətlərə baxılması işinin keyfiyyətcə yeni səviyyəyə qalxması, müraciətlərə baxılması prosesi üzərində nəzarətin gücləndirilməsi, hüquqi təbliğat və profilaktiki söhbətlər nəticəsində 2024-cü ilin birinici yarımili ilə müqayisədə 2025-ci ilin müvafiq dövründə daxil olan müraciətlərin sayı azalmışdır və bundan sonra da vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması, davamlı olaraq bu sahədə profilaktiki tədbirlərin həyata keçirilməsi diqqətdə saxlanılmalıdır.

Həmçinin, müşavirədə çıxış edən Naxçıvan Muxtar Respublikası Prokurorunun müavini ədliyyə müşaviri Amil Rəhimov prokurorluq və digər hüquq-mühafizə orqanlarının istintaq və təhqiqat qurumlarında  cinayət işləri və araşdırma materialları üzrə səmərəliliyin və keyfiyyətin artırılması istiqamətində butün zəruri tədbirlərin görüləcəyini bildirib.

Məruzə ətrafında çıxışlar və müzakirələrdən sonra əməliyyat müşavirəsinə yekun vuran Sənan Paşayev muxtar respublikanın prokurorluq orqanlarının bundan sonra da digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.

FOTOLAR

NMR Prokurorluğunda əməliyyat müşavirəsi keçirildi — 1
NMR Prokurorluğunda əməliyyat müşavirəsi keçirildi — 2
NMR Prokurorluğunda əməliyyat müşavirəsi keçirildi — 3
XƏBƏR LENTİ
01 IYUN 2026
Rusiya Ermənistandan balıq idxalını qadağan edir 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Bütün Xəbərlər