Ədliyyə Nazirliyi bölgələrdə videoqəbullar keçirir

Ədliyyə Nazirliyi bölgələrdə videoqəbullar keçirir
24.06.2025 15:22 Cəmiyyət

Ədliyyə Nazirliyi vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə mütəmadi olaraq videoqəbullar təşkil edir. 

TodayPress TV xəbər verir ki, 21 və 23 iyun tarixlərində regional ədliyyə idarələrinin təşkilatçılığı ilə Nazirliyin Bələdiyyələrlə iş baş idarəsinin və İcra xidmətinin rəhbərliyi tərəfindən Şəki, Şirvan, Lənkəran, Göyçay, Bərdə və Gəncə regional ədliyyə idarələri ilə video-konfrans vasitəsilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videoqəbullar keçirilib.

Virtual qəbul məntəqələri vasitəsilə keçirilən videoqəbullarda vətəndaşların bələdiyyələrin fəaliyyəti və məhkəmə qərarlarının icrası ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, həmçinin onlara qanunvericiliyin tələbləri ətraflı izah olunub və qəbul zamanı təqdim edilmiş müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Regionlarda yaşayan vətəndaşlar videoqəbullarda iştirak etmək üçün [email protected] elektron poçt ünvanına və ya Nazirliyin aşağıda göstərilən regional ədliyyə idarələrinə müraciət etməklə qəbula yazıla bilərlər:

- Şəki regional ədliyyə idarəsi: (Şəki şəhəri 20 yanvar küçəsi, 94; tel: (02424) 4-43-19) Balakən, Qax, Qəbələ, Zaqatala, Oğuz və Şəki rayonlarının sakinləri müraciət edə bilərlər.

- Şirvan regional ədliyyə idarəsi: (Şirvan şəhəri, F.İsmayılov küçəsi, 27; tel: (02121) 5-67-27) Şirvan şəhəri, Neftçala, Sabirabad, Salyan və Hacıqabul rayonlarının sakinləri müraciət edə bilərlər.

- İmişli regional ədliyyə idarəsi: (İmişli şəhəri, S.Qazıyeva küçəsi, 12A; tel: (02124) 6-26-94) Beyləqan, Biləsuvar, İmişli və Saatlı rayonlarının sakinləri müraciət edə bilərlər.

- Xaçmaz regional ədliyyə idarəsi: (Xaçmaz şəhəri, H.Əliyev prospekti,17; tel: (02332) 5-18-88) Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz rayonlarının sakinləri müraciət edə bilərlər.

- Göyçay regional ədliyyə idarəsi: (Göyçay şəhəri, H.Əliyev prospekti, 30; tel: (02027) 4-13-10) Ağdaş, Ağsu, Zərdab, İsmayıllı, Kürdəmir, Göyçay, Ucar və Şamaxı rayonlarının sakinləri müraciət edə bilərlər.

- Lənkəran regional ədliyyə idarəsi: (Lənkaran şəhəri, Nizami küçəsi, 1; tel: (02525) 5-44-91) Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı və Cəlilabad rayonlarının sakinləri müraciət edə bilərlər.

- Bərdə regional ədliyyə idarəsi: (Bərdə şəhəri, H.Əliyev prospekti, 110; tel: (02020) 5-16-53) Mingəçevir şəhəri, Bərdə, Tərtər, Ağcabədi və Yevlax rayonlarının sakinləri müraciət edə bilərlər.

- Şəmkir regional ədliyyə idarəsi: (Şəmkir şəhəri, H.Əliyev prospekti, 2; tel: (02230) 5-82-50) Ağstafa, Qazax, Gədəbəy, Tovuz və Şəmkir rayonlarının sakinləri müraciət edə bilərlər.

- Gəncə regional ədliyyə idarəsi: (Gəncə şəhəri, 28 may küçəsi, 52; tel: (022) 254-45-15) Gəncə şəhəri, Daşkəsən, Goranboy, Naftalan, Samux və Göygöl rayonlarının sakinləri müraciət edə bilərlər.

- Qarabağ regional ədliyyə idarəsi: (Bakı şəhəri, İnşaatçılar prospekti, 1; tel: (012) 539-11-73) Şuşa, Zəngilan, Xocavənd, Xocalı, Qubadlı, Laçın, Ağdam, Cəbrayıl, Füzuli və Kəlbəcər rayonlarının sakinləri müraciət edə bilərlər.

Bu yanaşma çərçivəsində vətəndaşlar əlavə vaxt və maddi vəsait sərf etmədən yaşadıqları əraziyə yaxın regional ədliyyə idarələrindən birbaşa olaraq nazirliyin rəhbər şəxsləri ilə video formatda əlaqə quraraq müraciətlərini çatdırmaq imkanı əldə edirlər. 

Xüsusilə ucqar rayon və kəndlərdə yaşayan vətəndaşlar üçün əlverişli olan bu format onların hüquqlarının daha effektiv müdafiəsini təmin edir, habelə ədliyyə sisteminə çıxış imkanlarını genişləndirir.

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər