Dövlət Komitəsinin sədri Rolf Bayars ilə görüşdü

Dövlət Komitəsinin sədri Rolf Bayars ilə görüşdü
24.07.2025 16:59 Cəmiyyət

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyulun 24-də Cənubi Qafqaz və Gürcüstan Yevangelik-Lüteran kilsəsinin yepiskopu Rolf Bayars ilə görüşüb.

TodayPress TV xəbər verir ki, görüş zamanı Azərbaycandakı dinlərarası harmoniya, tolerantlıq və multikulturalizm ənənələri barədə fikir mübadiləsi aparılıb.

Dini icmalara dövlət tərəfindən göstərilən dəstək, konfessiyalar arasında qarşılıqlı hörmətin təşviqi istiqamətində atılan addımların dini müxtəlifliyin qorunub saxlanılmasında mühüm rol oynadığı qeyd edilib. Bildirilib ki, Azərbaycanın dinlərarası dialoqa verdiyi töhfələr nümunəvi xarakter daşıyır. Uğurlu multikulturalizm və tolerantlıq modelinə malik ölkəmizin bu sahədəki nailiyyətləri bütün dünyada maraq doğurur.

Söhbət əsnasında ölkəmizdəki bütün dini konfessiyalara, o cümlədən lüteran icmasına göstərilən diqqət və qayğıdan məmnunluq ifadə edilib.

Qeyd edək ki, görüşdə Almaniyanın Yena şəhərindəki Yevangelik lüteran dini icmasının üzvü,  Xilaskar Yevangelik Lüteranların Bakı dini icmasının pastoru Lemke Qothard Günter Valter və “Xilaskar” Yevangelik-Lüteranların Bakı Dini icmasının sədri Vera Nesterova da iştirak ediblər.

XƏBƏR LENTİ
31 MAY 2026
Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Bütün Xəbərlər