Çay yataqlarında ev tikilir, 30 il sonra sel aparacaq - Rəsmi açıqlama

Çay yataqlarında ev tikilir, 30 il sonra sel aparacaq - Rəsmi açıqlama
08.05.2026 15:30 Cəmiyyət

“Bizim cəmiyyətdə belə bir yanaşma formalaşıb ki, harada tikinti aparılırsa, boş qalan hər sahədə nəsə tikilməlidir. 3 tikinti kifayət edəcəksə, biz 4-nü tikməyə çalışırıq. Bu, çox təhlükəli məsələdir”.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 130/Ü nömrəli 20.02.2026-cı il tarixli Əmri ilə təsdiq edilmiş İş Planı üzrə “Şəhərsalma subyektləri və memarlar üçün ekoloji tələblər, normativ və məhdudiyyətlər” mövzusunda tədbirdə Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib.

Sədr çay yataqlarında tikilən yaşayış məntəqələrindən bəhs edib:

“Diqqət etsək görərik ki, xüsusilə İran və Türkiyədə kəndlər əsasən dağlıq və hündür ərazilərdə salınır. Biz isə çay yataqlarında yaşayış məntəqələri qururuq. Bu isə ciddi uyğunsuzluqdur. 20-30 ildən sonra həmin əraziləri sel suları yuyub aparmayacaqmı? Nəticədə yenidən əlavə mühafizə tədbirləri görməyə, bəndlər tikməyə məcbur qalacağıq. Bu məsələlər geniş müzakirə olunmalıdır. Nəzərə almaq lazımdır ki, bu gün işğaldan azad olunmuş ərazilərdə əsas məsələlərdən biri daşqın və sel sularından mühafizədir”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komanda mövsüm ərzində hərəsinə 100 milyon avrodan çox pul qazanıb 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Все новости