“AzParking”də internetsiz istifadə rejimi aktivləşdi

“AzParking”də internetsiz istifadə rejimi aktivləşdi
22.07.2025 22:40 Cəmiyyət

Parklanma yerlərində nəqliyyat vasitələrinin parklanması zamanı sürücülər tərəfindən bəyanetmə prosesini rahat və maneəsiz həyata keçirmək məqsədilə “AzParking” mobil tətbiqində internetsiz istifadə rejimi aktivləşdirilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən TodayPress TV-ə bildirilib ki, bu funksiya sayəsində istifadəçilər mobil cihazda internet paketi bitsə belə, “AzParking” tətbiqindən ödənişsiz şəkildə yararlana bilərlər.

Yenilik hazırda “Azercell”, “Bakcell” və “Nar” abunəçiləri üçün aktivdir. Qeyd edilən mobil operatorlar üzərindən internet paketi olmadıqda belə, istifadəçilər tətbiqin əsas funksiyalarından faydalana bilərlər. Bura ən yaxın parklanma məntəqələrini görmək, parklanma müddətini başlatmaq və sonlandırmaq, əvvəlcədən əlavə edilmiş kart vasitəsilə ödəniş etmək, yeni avtomobil əlavə etmək və fərdi parklanma talonuna müraciət etmək kimi funksiyalar daxildir.

Qeyd edək ki, bu yanaşma yalnız cihazda mobil internet (mobil data) açıq olduqda keçərlidir. İstifadəçinin telefon nömrəsi birtərəfli bağlıdırsa və ya ümumiyyətlə şəbəkə yoxdursa, funksiyadan istifadə mümkün deyil.

XƏBƏR LENTİ
31 MAY 2026
ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Bütün Xəbərlər