AZAL payız-qış cədvəlinə keçid edəcək

AZAL payız-qış cədvəlinə keçid edəcək
25.09.2025 17:17 Cəmiyyət

Oktyabrın 26-dan etibarən Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları" QSC (AZAL) payız-qış cədvəlinə keçid edərək Avropa, Asiya və Yaxın Şərq üzrə 50-yə yaxın istiqamətdə reyslər həyata keçirəcək.

TodayPress TV AZAL-a istinadən xəbər verir ki, əksər marşrutlar üzrə biletlər artıq satışdadır.

Yeni mövsümdə AZAL-ın uçuş cədvəlində ən çox reys yerinə yetirilən istiqamətlər siyahısında İstanbul, Tbilisi və Təl-Əviv şəhərləri yer alır. Bununla yanaşı, marşrut şəbəkəsi regionun digər mühüm biznes və mədəniyyət mərkəzlərini də əhatə edir. Beləliklə, sərnişinlər Doha və Ər-Riyaddan başlayaraq Almatı, Daşkənd və Təbrizə qədər bir sıra istiqamətlər üzrə səyahət edə bilərlər.

Avropa istiqamətləri olan Paris, London, Vyana, Berlin, Praqa, Barselona və Milan şəhərləri də cədvəldə yer alır. Bu reyslər vasitəsilə Bakı Avropaya səyahət edən sərnişinlər üçün əlverişli tranzit məntəqəsi və marşrut imkanı təqdim edir. Yay istirahətini və dəniz mövsümünü üstün tutan sərnişinlər üçün isə Antalyaya və Trabzona reyslər davam edir, Maldiv adalarına və Şarm əl-Şeyxə uçuşlar isə bərpa olunub.


İstiqamətlərin müxtəlifliyi Heydər Əliyev Beynəlxalq Aeroportunu Avropa, MDB, Yaxın və Cənub-Şərqi Asiyanı birləşdirən müasir tranzit qovşağına çevirir. Bakını tranzit keçən sərnişinlər rahat və sürətli transfer imkanları və əlverişli uçuş cədvəlindən faydalana bilərlər.

Eyni zamanda AZAL rəqəmsal xidmətlərin təkmilləşdirilməsi istiqamətində də fəaliyyətini davam etdirir. Sərnişinlər aviaşirkətin rəsmi internet saytı və mobil tətbiqi vasitəsilə biletlərin onlayn bronunu həyata keçirə, oturacaq seçimi edə, xüsusi menyunu sifariş verə, xidmət sinfini yüksəldə və baqaj əldə edə bilərlər. Bu imkanlar səyahəti daha rahat və çevik edir.

AZAL ilə yeni mövsüm müxtəlif istiqamətlər, müasir xidmətlər və komfortlu səyahət deməkdir.

Bütün istiqamətlər üzrə aviabiletləri aviaşirkətin rəsmi saytı, mobil tətbiqi vasitəsilə, həmçinin AZAL-ın kassaları və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Prezident İlham Əliyev Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Bütün Xəbərlər