ADY əməkdaşları gürcüstanlı həmkarlarına təlim keçir

ADY əməkdaşları gürcüstanlı həmkarlarına təlim keçir
20.05.2026 14:39 Cəmiyyət

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Rəqəmsal inkişaf departamentinin əməkdaşları Tbilisidə “Gürcüstan Dəmir Yolları” SC-nin (GDY) əməkdaşlarına təlim keçir.

TodayPress TV xəbər verir ki, praktik təlimdə məqsəd iki ölkənin bilet satış sistemini tam inteqrasiya etmək, kassa əməliyyatlarının qarşılıqlı izlənilməsini təmin etmək və əməliyyat proseslərini uyğunlaşdırmaqdır.

Təlim çərçivəsində həmçinin biletin yoxlanılması, qeydiyyatı və reyestrə salınması üzrə əməliyyatlar test ediləcək.

ADY və GDY üzrə bilet sistemlərinin tam inteqrasiyası başa çatanadək Gürcüstan tərəfi ADY-nin proqram təminatından istifadə etməklə bilet satışını həyata keçirəcək. Bu, vahid satış və qeydiyyat prosesinin qurulmasına imkan verəcək, Gürcüstan kassaları ADY platformasında real vaxt rejimində görünəcək.

Onu da qeyd edək ki, Gürcüstan Dəmir Yollarının hərəkət tərkibi ilə bağlı müəyyən çətinlikləri nəzərə alınaraq vaqonlar Tbilisiyə qədər ADY-yə məxsus lokomotivlə daşınacaq. Yəni ilkin mərhələdə daşımalar bütün marşrut boyu ADY-yə məxsus hərəkət tərkibi və lokomotivlərlə həyata keçiriləcək.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Все новости