OYUN DƏYİŞDİ: İrandan gözlənilməz AÇIQLAMA — ABŞ ilə...

OYUN DƏYİŞDİ: İrandan gözlənilməz AÇIQLAMA — ABŞ ilə...
23.02.2026 17:33

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ nümayəndəsi ilə mümkün təmas barədə diqqətçəkən açıqlama verib.  


Belə ki, nazir fevralın 26-da Cenevrədə ABŞ tərəfini təmsil edən Stiven Uitkoff ilə görüşün baş tuta biləcəyini bildirib. 

Əraqçi vurğulayıb ki, İranın nüvə proqramı ilə bağlı Vaşinqtonla müəyyən razılaşmalar mümkündür. Onun sözlərinə görə, diplomatik kanallar açıq qalır və siyasi iradə olduğu halda anlaşma əldə oluna bilər.

Digər tərəfdən ABŞ-nin İrana mümkün hücum ehtimalı ilə bağlı xəbərlər də artmaqdadır. Bu halda Əraqçi-Uitkoff görüşü hansısa müsbət nəticə verə bilərmi? 

DİPLOMATİK HƏMLƏLƏR

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Fəqani Məhərrəmli diplomatik həmlələrin müsbət nəticələnməsini aşağı ehtimal olaraq dəyərləndirib:


“ABŞ-İran arasında hər keçən gün bir az daha da gərginləşən münasibətlərin kölgəsində Cenevrədə Omanın vasitəçiliyi ilə keçirilən diplomatik görüşlər də davam edir. Rəsmi Vaşinqton İranı vaxt uzatmadan Amerikanın tələbləri ilə razılaşmağa, əks təqdirdə ağır zərbə alacağı ilə hədələyir. İran isə öz növbəsində müharibə istəmədiyini, ancaq bu baş verərsə təslim olmayacağını, döyüşəcəyini bildirir. Belə bir qarşılıqlı söz dueli şəraitində diplomatik həmlələrin müsbət nəticələnmə ehtimalı azdır.

ABŞ-nin dəniz donanmasının və hava qüvvələrinin önəmli bir qismini Fars körfəzi ətrafına cəmləşdirməsi fonunda Maskat və Cenevrədə aparılan danışıqların diplomatik manevrdən, vaxt qazanmaq cəhdindən başqa bir işə yaramadığını aydın görmək olar. Artıq dünyanın aparıcı media və informasiya orqanları etibarlı mənbələrə söykənərək hətta ABŞ ordusunun İrana hansı gün, hansı saatda zərbələr endirə biləcəyini belə qeyd edirlər. Çünki İranın ali dini və siyasi rəhbərliyi Vaşinqtonun tələblərini birbaşa kapitulyasiya kimi qiymətləndirdiyini və bunu qəbul etməyəcəyini bildirir”. 


GƏRGİN ATMOSFERDƏ GÖZLƏNTİLƏR 

Onun sözlərinə görə, belə gərgin atmosferdə Əraqçi-Uitkoff görüşünün müsbət nəticələnəcəyi ciddi suallar doğurur.  

“Müharibənin siyasətin zorakı yollarla davamı olduğu tezisindən çıxış etsək, demək olar ki, tərəflər müharibə siyasətini seçə bilərlər. Lakin bir çox siyasətçi və ekspertlər İrana endirilməsi ehtimal edilən zərbələrin qısa və məhdud olmayacağını, hərbi əməliyyatın tammiqyaslı və həftələrlə davam edəcəyini düşünürlər”, - deyə F.Məhərrəmli fikrini yekunlaşdırıb.  

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
"Elçibəy" Ermənistanı uçuruma aparır... 13:20 Simonyan: Azərbaycana gedirəm, Sahibə xanım dəvət etdi 13:12 NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Meteohəssas vətəndaşların nəzərinə: Atmosfer təzyiqi enir 12:59 Sabiq deputat VƏFAT ETDİ 12:57 Ermənistanda hərbçinin meyiti aşkarlandı 12:55 İcarə müddəti başa çatan futbolçular klubdan getdi 12:40 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:35 Polis və Məhkəmə rəsmiləri bir araya gəldi- Vətəndaşların hüquq və azadlıqları... 12:25 “Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi 12:11 Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 DÇ-2026 öncəsi böyük əməliyyat: milyonlarla dollarlıq saxta məhsul ələ keçdi 11:49 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 Tramp elə bir adamı Azərbaycana yollayır ki... - DOSYE 11:48 Prezident Avropadakı ən dost ölkəni təbrik etdi 11:40 “Real Madrid” müdafiəsini ulduz transferlə gücləndirir 11:47 Qızıl ixracında REKORD: 4 ayda 1 milyard dollar... 11:36 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Space TV "dağılır" - Maaş vermədiyi məşhur aparıcı da getdi 11:10 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Astarada gömrükçülər "Kahı" qutularını açdılar - 23 kilo narkotik 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 Все новости