Moskvanın dəyişməyən xisləti: "Parçala, hökmranlıq et"

Moskvanın dəyişməyən xisləti: "Parçala, hökmranlıq et"
16.08.2025 11:20 Təhlil

"Rusiya Prezidenti Vladimir Putinin Alyaskada ABŞ Prezidenti Donald Trampla görüşü Rusiyanın Ukrayna məsələsində geri addım atmaq niyyətində olmadığını bir daha göstərdi".

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli bildirib.

O vurğulayıb ki, Putin görüşə yalnız bu mesajı vermək üçün gedib. Bu görüş dünya siyasətinə "işğalçının diplomatiyada da zəfəri" kimi düşə bilər.

H.Heydərlinin sözlərinə görə, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun SSRİ köynəyi geyinməsi, Putinin Alyaskada cəmi 5 saat qalması, görüşdən sonra naharda iştirak etməməsi və mətbuat konfransında jurnalistlərə soyuq münasibət göstərməsi diplomatiyanın işğalçı qarşısında acizliyini nümayiş etdirib.

"Bu görüş Putinin hələ eramızdan əvvəl mövcud olmuş “parçala, hökmranlıq et” tezisini müasir beynəlxalq siyasətdə nümayiş etdirdiyini göstərdi. Çar Rusiyası XIX əsrdə bu strategiyanı Qafqaz və Orta Asiyada sistemli şəkildə tətbiq edirdi. Putin Rusiyası isə bunu bu gün Ukraynaya qarşı edir. Təəssüf ki, bu siyasətə qarşı nə diplomatiya, nə sanksiya, nə media, nə beynəlxalq təşkilatlar, nə də xalqlar dayana bilir".

Onun sözlərinə görə, Putinin görüşün sonunda dediyi “next time in Moskow” (Növbəti dəfə Moskvada - red.) ifadəsi siyasi mesajdır:

“Bu sözlər "Moskva göz yaşlarına inanmır" ifadəsinin siyasi bənzətməsidir. O, göstərdi ki, siyasət mərhəmət, ağlamaq və acımaq yeri deyil. Geriyə qalan isə "next time"nı göz yaşı ilə gözləyən ukraynalılardır. Ancaq ümid də bəzən sonda ölmür, ölü doğulur”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin arasında görüş keçirilib. Toplantı üç saata yaxın davam edib.

Görüşdə ABŞ tərəfindən dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff, Rusiya tərəfindən isə prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov iştirak edib. Görüşün əsas müzakirə mövzusu Ukrayna müharibəsi olub.

Türkan İsgəndərli

FOTOLAR

Moskvanın dəyişməyən xisləti: "Parçala, hökmranlıq et" — 1
XƏBƏR LENTİ
02 IYUN 2026
Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik etdi 19:02 Rusiya və Tanzaniya liderləri bir araya gəlir 18:53 AGF-də mühüm qərarlar: Komitəyə yeni üzvlər seçildi 18:21 Tramp NATO Sammitində iştirak edəcək? - Hakan Fidan açıqladı 18:37 İsrail və Livan yenidən danışıqlar masasına oturdu 18:29 İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi 18:17 Muxtar Babayev IUCN-nin baş direktoru ilə görüşdü 18:08 Azərbaycanlı generalın qarşısına çıxan İran sərhədçiləri - böyük müzakirə doğurdu 17:54 İran 1951-ci ilin planını işə salır: Dünyanın neft damarı kəsilə bilər 17:51 Dövlətə xəyanət edən şəxsə AĞIR CƏZA 17:48 Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..." 17:47 Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu 17:37 S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi 16:28 Albalı, ərik, üzüm və indi də kartof... - Rusiya Ermənistanı boğmağa davam edir 16:17 İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya çıxart! 15:51 Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir 15:26 Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Bütün Xəbərlər