Kreml Vensin Qafqaz səfərindən narahatdır? – Təhlil

Kreml Vensin Qafqaz səfərindən narahatdır? – Təhlil
11.02.2026 18:15

"Moskva Vensin İrəvan və Bakıya səfərlərində təhlükə görmür". 

Bunu  Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın ABŞ-nin  digər ölkələrlə təmaslarından  narahatlıqları ilə bağlı suala cavab verərkən deyib. O, qeyd edib ki, bu dövlətlər digər dövlətlərlə qarşılıqlı əlaqədə olmaq hüququna malik suveren dövlətlərdir.  

Maraqlıdır, Kreml bu mövqedə səmimidir? 

Politoloq Tofiq Abbasov sözügedən məsələni TodayPress TV-yə  şərh edib. 


Onun sözlərinə görə,  bu proseslər beynəlxalq praktikada adi qarşılanan məsələlərdir. Hər bir dövlət suveren siyasət yürüdərkən özü münasibətlərini qurur, öz hədəflərini müəyyən edir və siyasi prioritetlərini önə çıxarır: 

"Təbii ki, bu ikitərəfli görüşlər, sonra zirvə toplantıları, sammitlər – hamısı xüsusi formatlarda, protokol qaydalarına uyğun işlənilir. Birinci şəxslər tapşırıqlar verir, işçi qruplar fəaliyyət göstərir. Məsələn, Azərbaycan-Amerika münasibətlərində işçi qrup yaradılmışdı. Hazırda isə strateji tərəfdaşlıq haqqında Xartiya imzalanıb, yəni münasibətləri tənzimləyəcək sənəd mövcuddur, buna həm də “yol xəritəsi” demək olar".

Analitik qeyd edib ki, prinsip etibarilə, Azərbaycanla Amerika Birləşmiş Ştatlarının münasibətləri yeni müstəviyə qədəm qoyur və bu münasibətlərin böyük perspektivi var. Burada Peskov haqlı olaraq bildirir ki, Azərbaycan suveren dövlətdir və suveren qərarını verir.

T.Abbasov vurğulayıb ki, ABŞ  Azərbaycanda daim təmsil olunub: 


"Digər tərəfdən, bəzi hallarda Rusiya və yerli mətbuatda deyilir ki, “Amerika Cənubi Qafqaza qayıdır”. Əslində Amerika Cənubi Qafqazdan heç vaxt çıxmayıb. Azərbaycanda Amerika investisiyaları işlək vəziyyətdədir və bundan sonra da qalacaq. 1994-cü ildə imzalanmış “Əsrin Kontraktı”nda Amerika şirkətləri geniş təmsil olunub. Bu prosesi ulu öndər Heydər Əliyev dəstəkləyərək Amerika şirkətlərinə əlverişli şərait yaratmışdı".

Analitik sonda əlavə edib ki, Rusiyada Vensin  Qafqaz səfəri tam  sakit qarşılanmır, çünki bu region ənənəvi olaraq Rusiyanın təsir dairəsində olub. Lakin geosiyasi reallıqlar dəyişib, dövlətlər öz hədəflərinə çatmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. Buna normal yanaşmaq lazımdır. Peskovun fikri praqmatikdir, istehza ilə deyilmiş fikir deyil.  O, beynəlxalq münasibətlərdə geniş təcrübəyə, biliyə və bacarığa malikdir və fikrini məhz bu kontekstdə ifadə edib.   

Qeyd edək ki, ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens hazırda Bakıda rəsmi səfərdədir.

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
"Bütün dünya buna qarşıdır" - Rubio İrana qarşı beynəlxalq mövqedən danışdı 20:23 ABŞ kəşfiyyatında yeni dövr: Trampdan mühüm təyinat 18:59 İran iqtisadiyyatı SOS siqnalı verir: 1942-ci ildən bəri ən ağır inflyasiya 20:19 Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər - YENİLƏNDİ 19:42 Əfqanıstanın Baş naziri İlham Əliyevi təbrik etdi 20:08 Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxıldı 20:02 Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu 19:54 İsrail döyüş təyyarələri yenidən Nəbatiyyəni hədəfə aldı - VİDEO 19:52 "İrandakı rejim parçalanmış vəziyyətdədir" - Rubio 19:38 Sahibə Qafarova Serbiyada gender bərabərliyinin təmin edilməsinin vacibliyindən danışdı 19:27 Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirildi 19:19 Bakı Dünya Kubokuna hazırlaşır: Su İdmanı Sarayında müvəqqəti dəyişikliklər 19:09 Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik etdi 19:02 Rusiya və Tanzaniya liderləri bir araya gəlir 18:53 AGF-də mühüm qərarlar: Komitəyə yeni üzvlər seçildi 18:21 Tramp NATO Sammitində iştirak edəcək? - Hakan Fidan açıqladı 18:37 İsrail və Livan yenidən danışıqlar masasına oturdu 18:29 İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi 18:17 Muxtar Babayev IUCN-nin baş direktoru ilə görüşdü 18:08 Azərbaycanlı generalın qarşısına çıxan İran sərhədçiləri - böyük müzakirə doğurdu 17:54 İran 1951-ci ilin planını işə salır: Dünyanın neft damarı kəsilə bilər 17:51 Dövlətə xəyanət edən şəxsə AĞIR CƏZA 17:48 Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..." 17:47 Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu 17:37 S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Все новости