WUF14 Mexikoda keçiriləcək - BU TARİXDƏ

WUF14 Mexikoda keçiriləcək - BU TARİXDƏ
19.05.2026 17:55 Xarici siyasət

Dünya Şəhərsalma Forumunun (WUF) 14-cü sessiyası 2028-ci ildə Meksikanın paytaxtı Mexiko şəhərində keçiriləcək.

TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan “Yerli fəaliyyətin gücləndirilməsi: adekvat mənzil təminatı və dayanıqlı icmalar üçün çoxtəbəqəli idarəetmənin möhkəmləndirilməsi” adlı sessiyada Mexiko Şəhər Hökumətinin beynəlxalq əlaqələr üzrə baş koordinatoru Mariya del Rosio Lombrera Qonsales bildirib.

Onun sözlərinə görə, Bakıda keçirilən forum yerli və regional hökumətlərin mənzil, iqlim və şəhərsalma ilə bağlı təcrübələrinin paylaşılması üçün mühüm platformadır.

M. Qonsales qeyd edib ki, şəhərlər qlobal problemlərin təsirlərinin birbaşa hiss olunduğu əsas məkanlardır və buna görə də yerli hökumətlər bu çağırışların həllində aparıcı rol oynayırlar.

O bildirib ki, mənzil təkcə yaşayış yeri deyil, həm də sosial, iqtisadi və ekoloji inkişafın mərkəzi elementidir.

Onun sözlərinə görə, əlçatan mənzil siyasəti məşğulluq, nəqliyyat, iqlim dayanıqlılığı və sosial inklüzivliklə uzlaşdırılmalıdır.

M. Qonsales vurğulayıb ki, WUF13-də səslənən ideyalar və tövsiyələr 2028-ci ildə Mexiko şəhərində keçiriləcək WUF14 üçün mühüm əsas rolunu oynayacaq.

TodayPress TV

NEWS FEED
31 MAY 2026
Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 All News