Prezident İlham Əliyev Ukraynanın xarici işlər nazirini qəbul etdi - YENİLƏNDİ

Prezident İlham Əliyev Ukraynanın xarici işlər nazirini qəbul etdi - YENİLƏNDİ
25.05.2025 11:40 Xarici siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Ukraynanın xarici işlər naziri Andrey Sibiqanı qəbul edib. TodayPress TV xəbər verir ki, Andrey Sibiqa Ukrayna Prezidenti Volodimir Zelenskinin salamlarını dövlətimizin başçısına çatdırıb. Qonaq Azərbaycan dövləti tərəfindən Ukraynaya göstərilən humanitar yardımlara görə təşəkkürlərini bildirib, xüsusilə İrpen şəhərində həyata keçirilən layihələrin əhəmiyyətini vurğuyıb. Andrey Sibiqa Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını ifadə edib. Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidentinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Volodimir Zelenskiyə çatdırmağı xahiş edib. Dövlətimizin başçısı Azərbaycan tərəfindən Ukraynaya humanitar yardımın bundan sonra da davam etdiriləcəyini bildirib. Söhbət zamanı Azərbaycanın və Ukraynanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədikləri qeyd olunub. Ölkələrimiz arasında energetika, bərpaolunan enerji, nəqliyyat, ticarət, kənd təsərrüfatı sahələrində əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.


***


10:10


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Ukraynanın xarici işlər naziri Andrey Sibiqanı qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

FOTOLAR

Prezident İlham Əliyev Ukraynanın xarici işlər nazirini qəbul etdi - YENİLƏNDİ — 1
XƏBƏR LENTİ
31 MAY 2026
İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Bütün Xəbərlər