Mənzil almaq artıq kifayət deyil — Ekspertdən qadınlara ÇAĞIRIŞ

Mənzil almaq artıq kifayət deyil — Ekspertdən qadınlara ÇAĞIRIŞ
22.05.2026 11:35 Xarici siyasət

“Qadınlar yalnız mənzil alan tərəf deyil, həm də onu planlaşdıran və idarə edən tərəf olmalıdır”.

TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “İnnovativ təcrübələr” adlı paneldə LUMANTI Sığınacaq Dəstəyi Qrupunun icraçı direktoru, Cənubi Asiya üzrə Təmiz Su Fəaliyyət Şəbəkəsinin regional əlaqələndiricisi və Mənzil Hüquqları üzrə Asiya Koalisiyasının əlaqələndiricisi Lajana Manandhar deyib.

O bildirib ki, icmaların təşkilatlanması ilk növbədə yerli səviyyədə yığım qruplarının yaradılması ilə başlayır, daha sonra bu qruplar şəhər və milli səviyyədə birləşdirilir və rəsmiləşdirilir.

Lajana Manandhar vurğulayıb ki, qeyri-rəsmi fəaliyyət imkanları məhdudlaşdırdığı üçün qadın qruplarının hüquqi status alması və institusional güclənməsi vacibdir:

“Bu, onların yerli hakimiyyətlərlə əməkdaşlıq etməsinə və milli səviyyədə dialoq qurmasına imkan yaradır. Qadın təşkilatlarının inkişafı üçün təlimlər, seminarlar, təcrübə mübadilələri və liderlik proqramları həyata keçirilir. Bu proses qadınların biliklərini artırır, onların media ilə işləməsinə və öz gündəmlərini inamla müdafiə etməsinə şərait yaradır”.

Ekspert əlavə edib ki, Nepalda yaradılmış Şəhər İcma İnkişaf Fondunda qadınların rəhbərlik etdiyi yığım və kredit kooperativləri xəzinədar funksiyasını yerinə yetirir və fondun idarə edilməsində iştirak edir.

Onun sözlərinə görə, qadınlar investisiya prioritetlərinin müəyyənləşdirilməsində və qərarların qəbulunda birbaşa rol oynayırlar.

Lajana Manandhar bildirib ki, qadınların iştirakı yalnız mənzillərin layihələndirilməsi ilə məhdudlaşmır:

“Biz təkcə evləri deyil, bütün məhəlləni və icmanı layihələndiririk. Qadınlar bu prosesin bütün mərhələlərində – planlaşdırma, tikinti və hətta satınalma prosesində iştirak edirlər. 2015-ci ildə Katmanduda baş verən zəlzələdən sonra qadın qrupları müvəqqəti sığınacaqların tikintisinə dəstək göstərib, satınalma və tikinti prosesində fəal iştirak ediblər”.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
31 MAY 2026
İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 All News