Mənzil almaq artıq kifayət deyil — Ekspertdən qadınlara ÇAĞIRIŞ

Mənzil almaq artıq kifayət deyil — Ekspertdən qadınlara ÇAĞIRIŞ
22.05.2026 11:35 Xarici siyasət

“Qadınlar yalnız mənzil alan tərəf deyil, həm də onu planlaşdıran və idarə edən tərəf olmalıdır”.

TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “İnnovativ təcrübələr” adlı paneldə LUMANTI Sığınacaq Dəstəyi Qrupunun icraçı direktoru, Cənubi Asiya üzrə Təmiz Su Fəaliyyət Şəbəkəsinin regional əlaqələndiricisi və Mənzil Hüquqları üzrə Asiya Koalisiyasının əlaqələndiricisi Lajana Manandhar deyib.

O bildirib ki, icmaların təşkilatlanması ilk növbədə yerli səviyyədə yığım qruplarının yaradılması ilə başlayır, daha sonra bu qruplar şəhər və milli səviyyədə birləşdirilir və rəsmiləşdirilir.

Lajana Manandhar vurğulayıb ki, qeyri-rəsmi fəaliyyət imkanları məhdudlaşdırdığı üçün qadın qruplarının hüquqi status alması və institusional güclənməsi vacibdir:

“Bu, onların yerli hakimiyyətlərlə əməkdaşlıq etməsinə və milli səviyyədə dialoq qurmasına imkan yaradır. Qadın təşkilatlarının inkişafı üçün təlimlər, seminarlar, təcrübə mübadilələri və liderlik proqramları həyata keçirilir. Bu proses qadınların biliklərini artırır, onların media ilə işləməsinə və öz gündəmlərini inamla müdafiə etməsinə şərait yaradır”.

Ekspert əlavə edib ki, Nepalda yaradılmış Şəhər İcma İnkişaf Fondunda qadınların rəhbərlik etdiyi yığım və kredit kooperativləri xəzinədar funksiyasını yerinə yetirir və fondun idarə edilməsində iştirak edir.

Onun sözlərinə görə, qadınlar investisiya prioritetlərinin müəyyənləşdirilməsində və qərarların qəbulunda birbaşa rol oynayırlar.

Lajana Manandhar bildirib ki, qadınların iştirakı yalnız mənzillərin layihələndirilməsi ilə məhdudlaşmır:

“Biz təkcə evləri deyil, bütün məhəlləni və icmanı layihələndiririk. Qadınlar bu prosesin bütün mərhələlərində – planlaşdırma, tikinti və hətta satınalma prosesində iştirak edirlər. 2015-ci ildə Katmanduda baş verən zəlzələdən sonra qadın qrupları müvəqqəti sığınacaqların tikintisinə dəstək göstərib, satınalma və tikinti prosesində fəal iştirak ediblər”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Все новости