Əli Əsədov Misir Senatının sədri ilə görüşdü

Əli Əsədov Misir Senatının sədri ilə görüşdü
27.05.2025 18:43 Xarici siyasət

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 27-də ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeq ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə Azərbaycanla Misir arasında əlaqələrin müxtəlif sahələrdə yüksələn xətt üzrə inkişafından məmnunluq ifadə edilib. Dövlət başçılarının müntəzəm görüşlərinin və müzakirələrinin ikitərəfli münasibətlərin daha da dərinləşməsi və möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin qarşılıqlı səfərlərinin dövlətlərarası münasibətlərin tarixində yeni mərhələnin əsasını qoyduğu xüsusi vurğulanıb.

Həmçinin parlamentlərarası münasibətlərə toxunulub, ikitərəfli əlaqələrin inkişafında qanunverici orqanların vacib rolu qeyd edilib.

Görüşdə Azərbaycan-Misir qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olunub.

XƏBƏR LENTİ
31 MAY 2026
Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Bütün Xəbərlər