Cənnət adaların görünməyən tərəfi: Turizm artımı ekologiyanı necə təhdid edir?
“Turizm iqtisadiyyatın əsas dayağı olsa da, resurslara ciddi təzyiq göstərir”.
TodayPress TV xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Kiçik Ada Dövlətlərində (SIDS) inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və dayanıqlı turizm” adlı xüsusi sessiyada Hind Okeanı Komissiyasının Ətraf Mühit və İqlim Dəyişikliyi Departamentinin rəhbəri Cina Bonn deyib.
O bildirib ki, Hind Okeanı regionu ölkələri iqtisadiyyatın əsasını təşkil edən turizm sektoruna xüsusi önəm verir.
“Regionda həm yüksək gəlirli turistlər, həm də büdcə səyahətçiləri mövcuddur və bu, xidmət və infrastruktur sistemlərinə fərqli təzyiqlər yaradır. Turizm artımı ilə paralel olaraq tullantıların idarə olunması, su resurslarına tələbat, torpaq istifadəsi və elektrik enerjisi ehtiyacı da kəskin şəkildə artır. Bu faktorlar şəhər və ada sistemlərində ekoloji və idarəetmə yükünü daha da ağırlaşdırır”.
O əlavə edib ki, dayanıqlı turizm və resurs idarəçiliyi üçün balanslaşdırılmış yanaşmaların tətbiqi vacibdir.
Qiymət Mahir