Azərbaycan və Türkiyə parlament sədrləri Lahora səfər etdilər

Azərbaycan və Türkiyə parlament sədrləri Lahora səfər etdilər
14.10.2025 16:40 Xarici siyasət

Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədi ilə  Pakistanda səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş oktyabrın 14-də Lahor şəhərinə gediblər.

TodayPress TV xəbər verir ki, Spiker Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan parlament nümayəndə heyətini Lahor şəhərinin Əllamə İqbal Beynəlxalq hava limanında Pakistanın Pəncab Əyalət Məclisinin sədri Malik Əhməd Xan, Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətləri Lahor şəhərində əvvəlcə Pakistanın mənəvi qurucusu, ictimai-siyasi xadimi, filosofu və şairi Əllamə Məhəmməd İqbalın məqbərəsini ziyarət ediblər. Məqbərənin önünə əklil qoyan spikerlər xatirə kitabını imzalayıblar.

Sonra Badşahi məscidinə baş çəkən qonaqlar, burada Pakistanın tarixi keçmişinin və dini irsinin əzəmətini seyr ediblər.

Səfərin davamında nümayəndə heyətləri Pəncab Əyalət Məclisinə gələrək məclisin inzibati binası və burada yaradılan şəraitlə tanış olublar.

TodayPress TV

FOTOLAR

Azərbaycan və Türkiyə parlament sədrləri Lahora səfər etdilər — 1
Azərbaycan və Türkiyə parlament sədrləri Lahora səfər etdilər — 2
Azərbaycan və Türkiyə parlament sədrləri Lahora səfər etdilər — 3
Azərbaycan və Türkiyə parlament sədrləri Lahora səfər etdilər — 4
Azərbaycan və Türkiyə parlament sədrləri Lahora səfər etdilər — 5
Azərbaycan və Türkiyə parlament sədrləri Lahora səfər etdilər — 6
Azərbaycan və Türkiyə parlament sədrləri Lahora səfər etdilər — 7
Azərbaycan və Türkiyə parlament sədrləri Lahora səfər etdilər — 8
Azərbaycan və Türkiyə parlament sədrləri Lahora səfər etdilər — 9
XƏBƏR LENTİ
01 IYUN 2026
İstanbulda yaxta [[yandı ]] 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Bütün Xəbərlər