Azərbaycan Ukraynanı minatəmizləmə sahəsində müvafiq ehtiyat hissələri ilə təmin edəcək

Azərbaycan Ukraynanı minatəmizləmə sahəsində müvafiq ehtiyat hissələri ilə təmin edəcək
11.07.2025 17:02 Xarici siyasət

Azərbaycan yaxın zamanda Ukraynanı minatəmizləmə sahəsində ANAMA xətti ilə müvafiq ehtiyat hissələri ilə təmin edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin nazir müavini Yalçın Rəfiyevin başçılıq etdiyi nümayəndə heyətinin iyulun 10-11-də İtaliyanın paytaxtı Roma şəhərində keçirilən Ukrayna Bərpa Konfransında iştirakına dair məlumatında qeyd olunub.

Bildirilib ki, sayca 4-cü olan cari ilki konfransda 56 dövlət, 27 beynəlxalq təşkilat və maliyyə institutu, eləcə də 120 şirkət təmsil olunub.

Nazir müavini konfransda çıxışı zamanı Ukraynadakı müharibənin regionda sülh və təhlükəsizliyə ciddi zərər verdiyini bildirib.

Çıxışda Azərbaycanın ilk günlərdən etibarən münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında diplomatik yolla həllini, habelə Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyi ifadə olunub.

Davam edən böhranın ciddi humanitar nəticələrinin dərin təəssüf doğurduğu qeyd edilərək Azərbaycanın Ukraynaya humanitar yardım göndərən ilk ölkələrdən biri olduğu, bu çərçivədə dərman, qida, elektrik avadanlıqları və s. daxil olmaqla humanitar, həmçinin bərpa və yenidən qurmaya dəstək məqsədli ümumilikdə 42 milyon ABŞ dolları dəyərində yardım göstərildiyi diqqətə çatdırılıb.

Y. Rəfiyevin çıxışında Ukraynadakı münaqişədən əziyyət çəkən uşaqlar üçün Azərbaycan tərəfindən həyata keçirilən tibbi və sosial-psixoloji reabilitasiya proqramından faydalanmış uşaqların sayının ötən ilki Bərpa Konfransından bu günədək iki dəfə artırıldığı və ümumilikdə 330 uşağın sözügedən proqramda iştirak etdiyi bildirilib.

Nazir müavini işğaldan azad olunmuş ərazilərdə mina təhdidi ilə mübarizə aparan bir ölkə kimi Azərbaycanın minalardan zərər çəkmiş ölkələrlə həmrəyliyin gücləndirilməsini ardıcıl olaraq dəstəklədiyini qeyd edib. Bu çərçivədə, Azərbaycanın Ukraynaya minatəmizləmə sahəsində yardım göstərdiyini və yaxın zamanda ANAMA xətti ilə müvafiq ehtiyat hissələri və təlimin təmin olunacağı barədə məlumat verib.

Azərbaycanın Ukraynada infrastrukturun bərpası istiqamətində layihələrə dəstək göstərdiyi, bu xüsusda İrpen şəhərindəki məktəb binasının, şəhər poliklinikasının və parkın yenidənqurma işlərinin artıq yekunlaşdığı, habelə Kiyev şəhərində park və uşaqlar üçün sığınacağın bərpasının maliyyələşdirildiyi diqqətə çatdılıb. Bununla yanaşı, İrpen şəhərində dörd sosial təyinatlı obyektin inşası ilə bağlı müvafiq işlərin davam etdiyi bildirilib.

Nazir müavini Azərbaycanın bundan sonra da ikitərəfli əsasda Ukraynaya humanitar dəstəyini davam etdirəcəyini nəzərə çatdırıb.

Konfrans çərçivəsində Y.Rəfiyev Ukraynanın xarici işlər naziri Andriy Sıbiha ilə görüşüb və Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlıq münasibətlərinə dair gələcək planlarla bağlı söhbət aparıb.

Nazir müavini həmçinin iyulun 11-də İtaliya xarici işlər nazirinin müavini Edmondo Çirielli ilə də ikitərəfli görüş keçirib.

Görüş zamanı Azərbaycan və İtaliya arasında çoxtərəfli strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycan və İtaliyanın nümunəvi əməkdaşlıq sərgilədiyi qeyd olunaraq siyasi və iqtisadi münasibətlərlə yanaşı mədəni-humanitar əlaqələrin artan xətlə inkişaf etdiyi məmnunluqla vurğulanıb.

FOTOLAR

Azərbaycan Ukraynanı minatəmizləmə sahəsində müvafiq ehtiyat hissələri ilə təmin edəcək — 1
Azərbaycan Ukraynanı minatəmizləmə sahəsində müvafiq ehtiyat hissələri ilə təmin edəcək — 2
Azərbaycan Ukraynanı minatəmizləmə sahəsində müvafiq ehtiyat hissələri ilə təmin edəcək — 3
Azərbaycan Ukraynanı minatəmizləmə sahəsində müvafiq ehtiyat hissələri ilə təmin edəcək — 4
XƏBƏR LENTİ
31 MAY 2026
Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Bütün Xəbərlər