Azərbaycan TDT Katibliyinin hesabına 2 milyon ABŞ dolları köçürdü

Azərbaycan TDT Katibliyinin hesabına 2 milyon ABŞ dolları köçürdü
07.10.2025 12:06 Xarici siyasət

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib.

TodayPress TV xəbər verir ki, o, çıxış zamanı “Regional Sülh və Təhlükəsizlik” mövzusunda 12-ci Zirvə görüşünə hazırlıq məqsədilə keçirilən iclasda hər kəsi görməkdən məmnunluğunu ifadə edib.

Nazirin sözlərinə görə, ortaq dil, tarix və ənənələrə söykənən, Naxçıvan Müqaviləsi ilə təməli qoyulan Təşkilatımız çərçivəsində siyasi, iqtisadi və mədəni istiqamətlər daxil olmaqla, 35-dən çox sahədə əməkdaşlıq inkişaf edib, TDT dinamik və nüfuzlu bir regional mərkəzə çevrilib: "Beynəlxalq qurumlara inamın sarsıldığı bir dövrdə, Türk dövlətləri arasında qardaşlıq və qarşılıqlı etimad üzərində qurulan əməkdaşlıq əlaqələrinin dinamikası, hamımız üçün təkcə qürur mənbəyi deyil, gələcəyə ümidlə baxmağımız üçün möhkəm bir əsasdır.

Bu gün burada Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində bir daha siyasi, iqtisadi, ticarət, investisiya, nəqliyyat, enerji təhlükəsizliyi, rəqəmsal inkişaf və yaşıl transformasiya kimi sahələrdə əməkdaşlıq perspektivlərini, Təşkilatımızın daha da gücləndirilməsi üçün üzv dövlətlərimizin təşəbbüslərini müzakirə edəcəyik.

Prezident İlham Əliyevin təşəbbüsü ilə TDT-nin illik Zirvə görüşlərinin sayının ikiyə çatdırılması, əməkdaşlıq imkanlarımızının çevik, dərin və ətraflı müzakirəsi üçün əlverişli fürsət yaradır. Bu çərçivədə, əvvəlki illərdə çoxsaylı TDT Zirvə görüşlərinin yekun sənədləri ilə bərabər, 2024-cü ildə Bişkekdə keçirilən sonuncu rəsmi Zirvə görüşünün, eləcə də 2024 və 2025-ci illərdə müvafiq olaraq Şuşada və Budapeştdə keçirilmiş qeyri-rəsmi Zirvə görüşlərinin yekununda qəbul edilən Bəyannamələr birgə təşəbbüslərimizin və layihələrimizin həyata keçirilməsi baxımından strateji yol xəritələridir".

Ceyhun Bayramov qeyd edib ki, Zirvə görüşünün yekununda qəbul edilməsi nəzərdə tutulan Qəbələ Bəyannaməsi və digər sənədlərin Təşkilatımızın inkişaf dinamikasına müsbət təsir göstərəcəyini, ümumi işimizə əlavə dəyər qatacağını əminliklə söyləmək mümkündür: "Mövcud qlobal və regional təhlükəsizlik çağırışlarının qarşısında hərtərəfli siyasi koordinasiya və həmrəylik nümayişi son dərəcə vacibdir.

Formalaşmaqda olan yeni beynəlxalq təhlükəsizlik arxitekturasında Təşkilatımız Türk birliyinin simvolu kimi daha mühüm rol oynamaq potensialına malikdir.

Azərbaycanın onilliklər boyunca münaqişə vəziyyətində olduğu Ermənistan ilə normallaşma prosesi istiqamətində göstərdiyi ardıcıl səylər və apardığı məqsədyönlü fəaliyyətlər də regionumuzda sülh və sabitliyin bərqərar edilməsinə hesablanıb.

Məlum olduğu kimi, 2023-cü ildə Azərbaycan öz suverenliyini tam bərpa etdikdən sonra Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində tərəflər arasında birbaşa təmaslar və birgə səylərin intensivliyi daha da artıb.

Bu çərçivədə, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında keçirilən Zirvə görüşü və görüş əsnasında imzalanan sənədlər tarixi əhəmiyyət daşıyır.

Bu tarixi fürsətin düzgün dəyərləndirilməsi və sülh müqaviləsinin imzalanması üçün Ermənistan tərəfindən Azərbaycana qarşı konstitusiya səviyyəsində təsbit olunan ərazi iddialarının aradan qaldırılması zəruridir".

Nazir vurğulayıb ki, regional sülh və sabitlik xalqların sosial-iqtisadi rifahı və tərəqqisinə xidmət etdiyi zaman sözün əsl mənasında tam regional inkişaf və inteqrasiyadan danışmaq mümkündür. Əməkdaşlığımızın daha məzmunlu və dayanıqlı xarakter alması üçün iqtisadi potensialımızı daha da gücləndirməli, Təşkilatımızın üzvləri arasında qarşılıqlı investisiyaları və ticarəti inkişaf etdirməliyik: "TDT üzv dövlətləri coğrafi baxımdan təbii nəqliyyat-logistika-tranzit xəttini təşkil edərək Avropa və Asiya qitələri arasında körpü rolunu oynayır və bu istiqamət üzrə nəhəng imkanlara malikdir. Bu xətt eyni zamanda Orta dəhlizin ayrılmaz parçasıdır.

Azərbaycan son onilliklər ərzində bu dəhlizin canlandırılması və işlək vəziyyətə gətirilməsi üçün ardıcıl səylər göstərir. Bu səylər indiyədək Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası kimi konkret layihələrlə nümayiş etdirilib.

Bu çərçivədə, 8 avqust 2025-ci il tarixində Vaşinqton Zirvə görüşü çərçivəsində Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın qərb regionları və ölkəmizin Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişi təmin edəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) bəyan edilməsi eyni zamanda regionumuzda bağlantıların şaxələndirilməsi baxımından mühüm addımdır.

TDT üzv dövlətləri arasında enerji təhlükəsizliyi üzrə əməkdaşlıq həmçinin təqdirəlayiqdir və böyük perspektivlər vəd edir. Azərbaycan uzun illərdir ki, Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi transregional layihələr vasitəsilə Avropada və daha geniş coğrafiyada enerji təhlükəsizliyinə töhfə verir.

Hesab edirik ki, ənənəvi enerji sahəsindəki uğurlu tərəfdaşlığımızı yeni əməkdaşlıq elementləri ilə zənginləşdirməyin zamanıdır. Bu baxımdan, yüksək texnologiyalar və yaşıl transformasiya dövründə “Rəqəmsal İpək Yolu” və “Yaşıl Enerji Dəhlizi” kimi layihələrin ölkələrimizə uzunmüddətli siyasi və iqtisadi dividentlər gətirməklə yanaşı, TDT çərçivəsində tərəfdaşlığımızı daha da möhkəmləndirəcəyi şübhəsizdir.

Eyni zamanda, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işlərində dost və qardaş TDT üzv dövlətlərinin iştirakını məmnuniyyətlə qeyd edərək, bunun Təşkilatımız çərçivəsindəki əməkdaşlığımıza əlavə dəyər qatdığını və tərəfdaşlığımız üçün yeni imkanlar yaratdığını da vurğulamaq istərdim".

Nazir onu da bildirib ki, qeyd edilən çağırışlar və perspektivlər kontekstində, TDT olduqca vacib regional aktor kimi formalaşır: "Azərbaycan TDT-nin beynəlxalq nüfuzunun daha da artırılması məqsədilə Təşkilatımızın Katibliyinin funksionallığının gücləndirilməsi, onun kadr potensialının artırılmasına tərəfdardır və bu çərçivədə konkret təkliflərlə çıxış edib. Təşkilatımızın işinə töhfə vermək və eləcə də Katibliyin büdcəsinin artırılması məsələsində əlavə stimul yaratmaq məqsədilə Azərbaycan tərəfindən TDT Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində əlavə vəsait köçürülüb.

Azərbaycan əməkdaşlıq təşkilatlarına, o cümlədən TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, eləcə də TDT-nin Macarıstandakı nümayəndəliyinin institutlaşması və fəaliyyətlərinin gücləndirilməsi üçün dəstəyini davam etdirmək əzmindədir.

Əminəm ki, bugünkü iclas zamanı aparılacaq müzakirələr dost və qardaş xalqlarımızın, dövlətlərimizin və bütövlükdə regionun inkişafına təkan verəcəkdir".

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 Bütün Xəbərlər