Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevirdə İtaliyanın şirkətlər və “Made in Italy” nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevirdə İtaliyanın şirkətlər və “Made in Italy” nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi - YENİLƏNDİ
24.06.2025 11:46 Xarici siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

TodayPress TV xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Adolfo Urso ilə görüşləri məmnunluqla xatırlandı.

Prezident İlham Əliyev Adolfo Ursoya “8 Noyabr” Elektrik Stansiyasının açılışında iştirakına görə minnətdarlığını bildirdi, gələcəkdə də birgə layihələrin həyata keçiriləcəyinə ümidvarlığını ifadə etdi.

Qonaq İtaliyanın “8 Noyabr” Elektrik Stansiyasının inşasında iştirakını ölkələrimiz arasında dostluğun və uğurlu əməkdaşlığın göstəricisi kimi dəyərləndirdi.

Azərbaycana dəfələrlə səfər etdiyini xatırlayan Adolfo Urso bu tədbirdə iştirakdan məmnunluğunu bildirdi. O, 2020-ci ildə Gəncə və Ağdam şəhərlərinə səfərinə toxundu.

Dövlətimizin başçısı Adolfo Ursonun işğaldan azad edilmiş torpaqlarımıza Avropa ölkəsini təmsil edən ilk xarici yüksəksəviyyəli şəxslərdən biri olduğunu vurğuladı və buna görə minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə hazırda genişmiqyaslı quruculuq işlərinin aparıldığını və orada artıq 3 beynəlxalq hava limanının istifadəyə verildiyini dedi.

Söhbət zamanı münasibətlərimizin strateji xarakter daşıdığı bildirildi, siyasi əlaqələrimizin çox yüksək səviyyədə olmasından məmnunluq ifadə edildi. Azərbaycan-İtaliya əməkdaşlığının daha da genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin roluna toxunuldu.

Görüşdə Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacibliyi bildirildi, enerji, o cümlədən bərpaolunan enerji, metallurgiya, kənd təsərrüfatı, əczaçılıq, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı, İtaliya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işlərində iştirakı qeyd edildi. “Azərenerji” ilə “Ansaldo” şirkəti arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olundu.

Sonra xatirə şəkli çəkdirildi.

***

11:01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevirdə İtaliyanın şirkətlər və “Made in Italy” nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi - YENİLƏNDİ — 1
Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevirdə İtaliyanın şirkətlər və “Made in Italy” nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi - YENİLƏNDİ — 2
Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevirdə İtaliyanın şirkətlər və “Made in Italy” nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi - YENİLƏNDİ — 3
Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevirdə İtaliyanın şirkətlər və “Made in Italy” nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi - YENİLƏNDİ — 4
Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevirdə İtaliyanın şirkətlər və “Made in Italy” nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi - YENİLƏNDİ — 5
XƏBƏR LENTİ
31 MAY 2026
AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 Bütün Xəbərlər