Xəzərdə SULAR BULANDI: "Orta Dəhliz" təhlükəyə atılır?

Xəzərdə SULAR BULANDI: "Orta Dəhliz" təhlükəyə atılır?
01.04.2026 16:52 Təhlil

İsrailin İranın Xəzər dənizindəki strateji Bəndər Ənzəli limanına endirdiyi zərbə regionda hərbi-siyasi suları bulandırıb. 


Təsdiqlənmiş peyk görüntüləri və videofaktlar limandakı dəniz bazası, hərbi gəmilər, komanda mərkəzi və təmir zavodu daxil olmaqla, liman infrastrukturuna ciddi zərər dəydiyini təsdiqləyir.

Bəndər Ənzəli Xəzər dənizi üzərindən keçən və ABŞ-nin Qafqaz strategiyasının əsasını təşkil edən “Orta dəhliz” layihəsinin ən mühüm halqalarından biridir. İranla artan müharibə riski səbəbindən Xəzərdə nəqliyyat əlaqələrinin kəsilməsi bu qlobal layihəni uzunmüddətli təhlükə ilə üz-üzə qoyur.

Rusiya tərəfi isə baş verənlərə kəskin reaksiya verərək bunu "məsuliyyətsiz addım" kimi qiymətləndirib. XİN sözçüsü Mariya Zaxarova bildirib ki, bu cür hərəkətlər Xəzəryanı dövlətləri hərbi münaqişəyə cəlb etmək riski yaradır. 


Kremlə yaxın media isə 2018-ci il Akta Konvensiyasına istinad edərək, Rusiyanın Xəzər üzərində uçuşlar və dəniz nəzarəti ilə bağlı sərt tədbirlər görməli olduğunu iddia edir.  

Bəs Rusiya Xəzər dənizində hegemonluq yarada bilərmi? 

Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Çingiz Şahbazi Xəzər dənizində yaranmış vəziyyət və Rusiyanın baş verənlərə reaksiyasını belə dəyərləndirib:


“Rusiya baş verənlərdən fürsət kimi istifadə etməyə cəhdlər edə bilər, lakin bu, Xəzər dənizində Rusiyanın istədiyini etməsi, yəni hegemonluq qurması anlamına gəlməməlidir. Çünki bu, çox ciddi geosiyasi nəticələr doğura biləcək addım ola bilər və eyni zamanda Rusiyanın özü üçün belə bir davranış siyasi, hərbi və iqtisadi baxımdan yeni problemlər yarada bilər. İranın Bəndər Ənzəli limanı Xəzər dənizində ən mühüm ticarət və logistika nöqtələrindən biridir və İranın Xəzər üzərindən Rusiya ilə əlaqəsinin əsas qovşağıdır. Orta Dəhliz (Transxəzər nəqliyyat marşrutu) üçün isə xüsusi əhəmiyyət daşıyır. Şimal-Cənub və Şərq-Qərb marşrutlarının kəsişdiyi ərazi hesab olunur.

Bu baxımdan, belə strateji əhəmiyyət kəsb edən əraziyə zərbə endirilərsə, bu, ilk növbədə İran-Rusiya logistikasını zəiflədir və Xəzər üzərindən alternativ marşrutların təhlükəsizliyi ilə bağlı risk zonası yaradır. Nəticədə, bu zonada sığorta, daşınma və investisiya ilə bağlı problemlər yaranır.

Amma Orta Dəhlizin əsas yüklərinin Azərbaycan–Gürcüstan–Türkiyə üzərindən daşındığını nəzərə alsaq, Ənzəli limanına edilən zərbələr buranı risk zonasına salsa da, birbaşa iflic etmir”.   

Analitik hüquqi çərçivənin Rusiyanın manevr imkanlarını məhdudlaşdırdığını bildirib:


“2018-ci ildə imzalanmış Aktau Konvensiyası əslində Xəzər dənizinin hüquqi statusunu müəyyən edir və Xəzər dənizi xəzəryanı beş dövlətə məxsusdur. Bura Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan daxildir və Rusiya Xəzər dənizində təkbaşına heç bir halda hansısa addım ata bilməz. Necə ki başqa ölkələrin hərbi donanmasına Xəzər dənizinə daxil olmaq qadağandırsa, eyni zamanda Rusiyanın da, xüsusilə hərbi donanmasının, Xəzərdə digər ölkələrin ərazisində manevr etməsi və ya hegemonluq qurması qadağandır”.

Ekspert Mariya Zaxarovanın açıqlamasını da şərh edib:

“Mariya Zaxarovanın verdiyi bəyanat isə əlbəttə ki, siyasi məqsədlər daşıyır və regionda ABŞ və NATO-nun daha çox irəliləməsinin qarşısını almağa yönəlmiş mesaj kimi qəbul edilə bilər”.  

Ç.Şahbazi əlavə edib ki, regionda güc balansı Rusiyanın dominantlığına imkan vermir:

“Bu baxımdan, Rusiya Xəzərdə hegemonluq qura bilməz, lakin öz təsirini artırmağa çalışacaq. Çünki hüquqi məhdudiyyətlər və Aktau Konvensiyasından irəli gələn qaydalar, yəni kollektiv balans üzərində qurulmuş mexanizmlər Rusiyanın Xəzərdə təkbaşına manevr imkanlarını məhdudlaşdırır. Hətta İran özü də Xəzər dənizində hərbi və siyasi baxımdan ciddi aktordur və Rusiyanın dominantlığını heç bir halda qəbul etməz”.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - Foto 19:04 Kiberpolis onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib - VİDEO 18:58 Ukraynadan Rusiyaya ağır zərbə: 41 hərbi təyyarə məhv edildi - VİDEO 18:54 ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 All News