Liderlər İrəvana dəvət olundu: Tərəflərin cavabı nə olacaq?

Liderlər İrəvana dəvət olundu: Tərəflərin cavabı nə olacaq?
28.10.2025 16:30 Təhlil

Azərbaycan və Türkiyə prezidentləri gələn ilin yazında keçiriləcək VIII Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün İrəvana dəvət olunublar. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dəvətin hələlik şifahi şəkildə göndərildiyini qeyd edib.


Bu, Türkiyə və Azərbaycanla münasibətlərin bərpa olunmasının Ermənistanın əsas prioritetlərindən biri olduğunu bir daha sübut edir.  

Maraqlıdır, qardaş ölkələrin rəsmi İrəvanın bu dəvətinə cavabı necə olacaq?

Politoloq Yusif Bağırzadə bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, həm Türkiyə, həm də Azərbaycan qonşu dövlətlərlə, o cümlədən əvvəllər ciddi problemlər yaşadığımız Ermənistanla münasibətlərin normallaşmasında maraqlıdır:


“Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri çərçivəsində tranzit yolu ilə Qazaxıstandan Ermənistana daşınan yüklərin blokadası aradan qaldırıldı və artıq Qazaxıstan məhsulları, xüsusilə də taxıl məhsulları sərbəst şəkildə Ermənistana ixrac olunur. Bununla yanaşı, Türkiyə də Ermənistanla münasibətlərin normallaşmasında maraqlıdır. Belə ki, bir müddət öncə Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç və Ermənistan tərəfinin xüsusi nümayəndəsi Ruben Rubinyan Ermənistan-Türkiyə sərhədində yerləşən "Marqara" sərhəd-keçid məntəqəsində görüşdülər və hər iki tərəf bu görüşü müsbət dəyərləndirdi”.

Ekspert hesab edir ki, Azərbaycan və Türkiyə Ermənistanın hər hansı dövlətin, xüsusən də Rusiyanın təsir dairəsindən çıxmasını istəyir:


“Həm Azərbaycan, həm də Türkiyə üçün Ermənistanın tranzit yollarının blokadadan çıxması, eyni zamanda bu ölkədə Azərbaycana qarşı revanşist və şovinist əhval-ruhiyyənin azalması vacibdir. Digər tərəfdən, Zəngəzur dəhlizi ilə bağlı real işlərə başlanması artıq zəruridir ki, Prezident İlham Əliyevin də dediyi kimi, 2028-ci ilin sonuna qədər bu yol istismara verilə bilsin”. 

Y.Bağırzadə vurğulayıb ki, "Avropa Siyasi Birliyi”nin sammitində iştirakla bağlı qərarı dövlət başçıları verəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana səfəri iki dövlət başçısının siyasi qərarından və diplomatik protokolundan asılıdır. Analitik düşünür ki, bütün hallarda prosesə müsbət baxıb onun uğurla nəticələnəcəyinə inanmalıyıq. 

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər