Kilsə-Paşinyan münaqişəsi: Seçkiyə qədər siyasi aydınlaşma gözlənilir

Kilsə-Paşinyan münaqişəsi: Seçkiyə qədər siyasi aydınlaşma gözlənilir
22.10.2025 17:35 Təhlil

"Ermənistanda iqtidarla kilsə arasında münasibətlərin gərginləşməsi təkcə 2026-cı ildə keçiriləcək seçkilərlə bağlı deyil, həm də onların ideoloji baxışları və ölkənin gələcəyi ilə bağlı fərqli mövqelərindən qaynaqlanır".

Politoloq Mütəllim Rəhimli bu sözləri TodayPress TV-yə açıqlaması zamanı bildirib. 

O hesab edir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Qərbyönümlü siyasəti, Rusiyadan getdikcə uzaqlaşması, erməniləri xəyalpərəstlikdən reallığa dəvət etməsi, real Ermənistan düşüncəsindən və başqalarının forpostu olmaqdan imtina niyyəti kilsənin narazılığı ilə qarşılanır. Onlar düşünürlər ki, əgər tezliklə Paşinyanı hakimiyyətdən devirməsələr, Ermənistanın siyasi səhnəsindən birdəfəlik yox olacaqlar. Buna görə də qarşıdan gələn seçkiləri “ölüm-qalım” mərhələsi kimi dəyərləndirirlər.

"Paşinyan üçün bu mərhələ kifayət qədər həlledici xarakter daşıyır. Əgər o, seçkilərdə məğlub olarsa, komandası ilə birlikdə mühakimə olunacaq. Üstəlik, Ermənistanın müstəqillik dövründən bəri yaşadığı bütün uğursuzluqlar Paşinyan hakimiyyətinin üzərinə yüklənəcək",- deyə siyasi şərhçi açıqlayıb.

Onun fikrincə, hazırda elə bir vəziyyət yaranıb ki, tərəflərdən heç birinin geri çəkilmək imkanı yoxdur. Bu, onların həm siyasi, həm də ictimai həyatlarına baha başa gələ bilər. Məhz buna görə də Paşinyanın kilsəyə qarşı ardıcıl hücumlarını müşahidə etmək mümkündür. Həmçinin bu mübarizə ona ciddi çətinliklər yarada və ağır nəticələr doğura bilər. Bununla belə, hadisələrin gedişi göstərir ki, Paşinyanın bu qarşıdurmada qalib gəlmək şansı kifayət qədər yüksəkdir.

"Paşinyan seçkilərə qədər kilsə ilə arasında yaranmış münaqişəyə son qoymağa çalışır. Əks halda, qarşıdakı seçkilər onun üçün heç də asan keçməyəcək. O, həm seçki kampaniyasını aparmağa, həm də ölkə daxilində baş verə biləcək çoxsaylı təxribatların qarşısını almağa məcbur olacaq. Paşinyanın rəqibləri isə məqsədlərinə çatmaq üçün təxribatlar, sui-qəsdlər və partlayışlar kimi addımlardan çəkinməyəcəklər. Bu cür üsullar onların dünyagörüşünə və mübarizə metodlarına tam uyğun gəlir", - deyə analitik vurğulayıb.

M.Rəhimli əlavə edib ki, Paşinyan ilk növbədə Erməni Apostol Kilsəsinin katolikosu 2-ci Qaregini zərərsizləşdirməyə çalışacaq. Bunun ardınca, ona sadiq qüvvələrin siyasi proseslərə təsir imkanlarını minimuma endirmək niyyətindədir. Beləliklə, seçkilərə qədər Ermənistanın siyasi səhnəsində müəyyən aydınlaşmanın yaranacağı gözlənilir.

Qeyd edək ki, Ermənistanda seçkilər yaxınlaşdıqca hakimiyyət və kilsə arasındakı qarşıdurma artır.

Aysel Mətləb

TodayPress TV

FOTOLAR

Kilsə-Paşinyan münaqişəsi: Seçkiyə qədər siyasi aydınlaşma gözlənilir — 1
XƏBƏR LENTİ
04 IYUN 2026
Ayağı amputasiya olunmuş idmançı kosmosa uçmağa hazırlaşır 00:22 ABŞ-də 80 min nəfərlik "üzən şəhər" salınır 23:43 İƏT Bəhreyn və Küveytə hücumları pislədi 00:55 "Ferrari" komandası "Formula-1"də rekord müəyyənləşdirdi 00:20 Bu ölkədə isti hava səbəbindən ölənlərin sayı 100-ü keçdi 23:27 Trampdan İrana sərt mesaj: “İki-üç həftəyə hər şeyi məhv edə bilərik” 00:44 Konqoda Ebola yoluxmuş beş məhbus qaçdı 23:46 Azərbaycanın minifutbol millisi Avropa çempionatında finala vəsiqə qazandı 00:00 İran ordusu ABŞ esminesinə hücum etdi - KİV 23:47 Qalibaf: İrana qarşı boş təhdidlər dövrü başa çatıb 23:42 VAZ və "Mitsubishi" toqquşdu: Bir yaralı, bir ölü 23:05 Rusiya səfiri Britaniya XİN-ə çağırıldı 23:09 DÇ-2026: İran millisinin oyunçuları viza aldılar 22:16 "Hizbullah" Bofor qalasındakı İsrail əsgərlərini hədəf aldı 22:56 Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi 21:43 Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli oldu 22:29 Bu ölkə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilmədi 21:34 Rusiya Ermənistan məhsullarını Azərbaycanla əvəz edir? - Putinin xüsusi nümayəndəsi açıqladı 22:17 Elçibəyin Zəngəzur dəhlizi planı niyə baş tutmayıb? – Sabiq köməkçidən tarixi açıqlama 21:02 Amerika nüvə silahları Rusiya sərhədlərinə yaxınlaşa bilər 22:00 Rubiodan "TRIPP" açıqlaması: "Əhəmiyyətli imkanlar yaradacaq" 21:15 Qadın basketbolçularımız Polşanı məğlub edib pley-inə yüksəldi 21:37 Rusiya ordusundan Kramatorska ağır zərbə – Ölənlərin sayı artır 20:57 Cəfər Əsədova yüksək vəzifə verildi 20:17 Trampın Ankaradakı NATO Sammitində iştirakı təsdiqləndi 21:05 Bütün Xəbərlər