Kilsə-Paşinyan münaqişəsi: Seçkiyə qədər siyasi aydınlaşma gözlənilir

Kilsə-Paşinyan münaqişəsi: Seçkiyə qədər siyasi aydınlaşma gözlənilir
22.10.2025 17:35 Təhlil

"Ermənistanda iqtidarla kilsə arasında münasibətlərin gərginləşməsi təkcə 2026-cı ildə keçiriləcək seçkilərlə bağlı deyil, həm də onların ideoloji baxışları və ölkənin gələcəyi ilə bağlı fərqli mövqelərindən qaynaqlanır".

Politoloq Mütəllim Rəhimli bu sözləri TodayPress TV-yə açıqlaması zamanı bildirib. 

O hesab edir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Qərbyönümlü siyasəti, Rusiyadan getdikcə uzaqlaşması, erməniləri xəyalpərəstlikdən reallığa dəvət etməsi, real Ermənistan düşüncəsindən və başqalarının forpostu olmaqdan imtina niyyəti kilsənin narazılığı ilə qarşılanır. Onlar düşünürlər ki, əgər tezliklə Paşinyanı hakimiyyətdən devirməsələr, Ermənistanın siyasi səhnəsindən birdəfəlik yox olacaqlar. Buna görə də qarşıdan gələn seçkiləri “ölüm-qalım” mərhələsi kimi dəyərləndirirlər.

"Paşinyan üçün bu mərhələ kifayət qədər həlledici xarakter daşıyır. Əgər o, seçkilərdə məğlub olarsa, komandası ilə birlikdə mühakimə olunacaq. Üstəlik, Ermənistanın müstəqillik dövründən bəri yaşadığı bütün uğursuzluqlar Paşinyan hakimiyyətinin üzərinə yüklənəcək",- deyə siyasi şərhçi açıqlayıb.

Onun fikrincə, hazırda elə bir vəziyyət yaranıb ki, tərəflərdən heç birinin geri çəkilmək imkanı yoxdur. Bu, onların həm siyasi, həm də ictimai həyatlarına baha başa gələ bilər. Məhz buna görə də Paşinyanın kilsəyə qarşı ardıcıl hücumlarını müşahidə etmək mümkündür. Həmçinin bu mübarizə ona ciddi çətinliklər yarada və ağır nəticələr doğura bilər. Bununla belə, hadisələrin gedişi göstərir ki, Paşinyanın bu qarşıdurmada qalib gəlmək şansı kifayət qədər yüksəkdir.

"Paşinyan seçkilərə qədər kilsə ilə arasında yaranmış münaqişəyə son qoymağa çalışır. Əks halda, qarşıdakı seçkilər onun üçün heç də asan keçməyəcək. O, həm seçki kampaniyasını aparmağa, həm də ölkə daxilində baş verə biləcək çoxsaylı təxribatların qarşısını almağa məcbur olacaq. Paşinyanın rəqibləri isə məqsədlərinə çatmaq üçün təxribatlar, sui-qəsdlər və partlayışlar kimi addımlardan çəkinməyəcəklər. Bu cür üsullar onların dünyagörüşünə və mübarizə metodlarına tam uyğun gəlir", - deyə analitik vurğulayıb.

M.Rəhimli əlavə edib ki, Paşinyan ilk növbədə Erməni Apostol Kilsəsinin katolikosu 2-ci Qaregini zərərsizləşdirməyə çalışacaq. Bunun ardınca, ona sadiq qüvvələrin siyasi proseslərə təsir imkanlarını minimuma endirmək niyyətindədir. Beləliklə, seçkilərə qədər Ermənistanın siyasi səhnəsində müəyyən aydınlaşmanın yaranacağı gözlənilir.

Qeyd edək ki, Ermənistanda seçkilər yaxınlaşdıqca hakimiyyət və kilsə arasındakı qarşıdurma artır.

Aysel Mətləb

TodayPress TV

FOTOLAR

Kilsə-Paşinyan münaqişəsi: Seçkiyə qədər siyasi aydınlaşma gözlənilir — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Bütün Xəbərlər