İran Azərbaycanla münasibətləri NECƏ NORMALLAŞDIRA bilər? - ŞƏRH

İran Azərbaycanla münasibətləri NECƏ NORMALLAŞDIRA bilər? -  ŞƏRH
06.03.2026 16:04 Təhlil

“İranın Naxçıvan Muxtar Respublikasında məktəbə və Naxçıvan Beynəlxalq Hava Limanına zərər yetirməsi ilə nəticələnən dron hücumu ciddi və qəbuledilməz hadisədir”.

Bunu TodayPress TV-yə açıqlamasında politoloq Əli Mustafa deyib.


O bildirib ki, baş verənlər Azərbaycanın mehriban qonşuluq siyasəti ilə uyğun gəlmir.

“Hazırda İran tərəfi müəyyən açıqlamalar versə də, bu bəyanatlar hadisənin bütün məqamlarını tam aydınlaşdırmır. Biz hesab edirik ki, Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsd baş verib və terror xarakterli bir hadisə törədilib. Hər halda dronların İran ərazisindən gəldiyi məlumdur. Üstəlik, bu yalnız bir dron deyil, bir neçəsidir və bu da hadisənin təsadüfi olmadığını göstərir”.

Politoloq əlavə edib ki, hücumun konkret olaraq kimlər tərəfindən törədildiyini araşdırmaq İran dövlətinin məsuliyyətindədir:

“Düşünürəm ki, İranın ali siyasi və hərbi rəhbərliyi bu məsələni araşdırmalı, bu əməli törədən şəxslər müəyyənləşdirilməli və məsuliyyətə cəlb olunmalıdır. Eyni zamanda rəsmi şəkildə üzrxahlıq edilməlidir. Dronların İran ərazisindən buraxılması faktı məsuliyyətin hər halda həmin dövlətin üzərinə düşdüyünü göstərir. Hazırda Azərbaycan tərəfi məsələyə görə çox sərt mövqe sərgiləmir və böyük məbləğdə kompensasiya tələb etmir. Azərbaycanın özünü müdafiə etmək üçün kifayət qədər gücü və hüququ var”.

Ekspertin fikrincə, hazırda əsas məsələ hücumun arxasında kimin dayandığını müəyyənləşdirməkdir.

“Bu cinayəti kim törədib və kim Azərbaycan ərazisinə dron hücumu təşkil edib? Bu suallar mütləq aydınlaşdırılmalıdır. Bu hadisə İranın özü üçün də mənfi nəticələr yarada bilər. Hazırkı mürəkkəb şəraitdə Azərbaycan və Türkiyə ilə münasibətlərin korlanması İran üçün məqsədəuyğun deyil”.

Əli Mustafa hesab edir ki, İran rəhbərliyi hadisə ilə bağlı araşdırma aparmalı, günahkarları cəzalandırmalı, rəsmi üzr istəməli və belə hadisələrin bir daha təkrarlanmayacağı ilə bağlı öhdəlik götürməlidir.

"Bu halda iki ölkə arasında münasibətlərin normallaşması mümkündür. Əks halda isə bu hadisə həm regionda, həm də beynəlxalq münasibətlərdə gərginliyin artmasına səbəb ola bilər", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

NEWS FEED
02 JUNE 2026
Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 All News